veten informasiya agentliyi

TOBB-Türkiyə Yaradıcı Sənayelər Məclisi ilə birgə əməkdaşlığa başlanıldı

Tarix:19-09-2022, 21:56
Baxış Sayı:276

TOBB-Türkiyə Yaradıcı Sənayelər Məclisi ilə birgə əməkdaşlığa başlanıldı
Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının İdarə heyətinin sədri Vasif Eyvazzadə ilə TOBB-Türkiyə Yaradıcı Sənayelər Məclisi başkanı Ata Kavame arasında görüş keçirilmişdir.
Görüşdə cənab Ata Kavame TOBB-Türkiyə Yaradıcı Sənayelər Məclisi və onun fəaliyyəti haqqında məlumat vermişdir. TOBB-Türkiyə Yaradıcı Sənayelər Məclisində dövlət qurumların rəhbərləri, kreativ şirkətlər (TFSF, İKSV, KOÇ, AY YAPIM, TESDER, TOGED, BİROY, MODA TASARMICILARI DERNEĞİ, MÜYAP, MSG, NETFLİX, REKLAMCILAR DERNEĞİ, SALT, ZORLU PSM, XMEDİA ART MUSEUM) və təşkilatların üzv olduğunu və dövlətin yaradıcı sənayelərə dair qərarların qəbulunda və yaradıcı sənayelərin koordinasiyasında üst qurum kimi iştirakından və töhfələrindən bəhs etmişdir.
Cənab Ata Kavame yaxın aylarda İstanbulda baş tutacaq Kreativ Biznes Sammitinin birgə təşkilində Azərbaycanın müvafiq dövlət qurumlarını, eləcə də Azərbaycan Yaradıcı Sənayelər Federasiyasını dəvət etdi.
Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının İdarə heyətinin sədri Vasif Eyvazzadə öz növbəsində Federasiyanın missiyası və fəaliyyətləri barədə məlumat verərək ölkəmizdə gələcəkdə də yaradıcı sənayelərin inkişafı yolunda Federasiya tərəfindən ardıcıl fəaliyyətlərin həyata keçiriləcəyini bildirdi. O, həmçinin İstanbulda baş tutacaq Kreativ Biznes Sammiti çərçivəsində Türkdilli və İslam ölkələrinin iştirakı ilə ortaq Qlobal Yaradıcı Sənayelər Platformasının yaradılması barədə təklif etdi.
Sonda, Ata Kavame V.Eyvazzadəni birgə əməkdaşlığa dair fəaliyyətlərin daha dərindən müzakirəsi üçün Türkiyəyə səfərə dəvət etdi.

Meşədən meyvə yığmaq hansı hallarda qadağandır? - ŞOK CƏRİMƏLƏR
Meşədən meyvə yığmaq hansı hallarda qadağandır? - ŞOK CƏRİMƏLƏR
Erməni şairin heykəli götürüldü, yol açılır - Bu kəndin qaytarılmasına hazırlıq gedir
Erməni şairin heykəli götürüldü, yol açılır - Bu kəndin qaytarılmasına hazırlıq gedir
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq
Bakıda Bal Yarmarkası başlayır
Bakıda Bal Yarmarkası başlayır
Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi
Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi
Qazaxıstan bu meyvənin ölkəyə gətirilməsini qadağan etdi
Qazaxıstan bu meyvənin ölkəyə gətirilməsini qadağan etdi
Məhəmməd Salahın yaşayacağı küçəyə adı veriləcək
Məhəmməd Salahın yaşayacağı küçəyə adı veriləcək
Tələbələr üçün kirayə mənzil qiyməti 50-100 manat bahalaşdı
Tələbələr üçün kirayə mənzil qiyməti 50-100 manat bahalaşdı