veten informasiya agentliyi

AzTU Avropanın ən böyük sənaye klasteri ilə əməkdaşlığa başladı

Tarix:12-09-2022, 16:36
Baxış Sayı:277

AzTU Avropanın ən böyük sənaye klasteri ilə əməkdaşlığa başladı
AzTU Avropanın ən böyük sənaye klasteri ilə əməkdaşlığa başladı
AzTU Avropanın ən böyük sənaye klasteri ilə əməkdaşlığa başladı
AzTU Avropanın ən böyük sənaye klasteri ilə əməkdaşlığa başladı



Avropanın ən böyük sənaye klasteri olan “SAHA İstanbul”un baş katibi İlhami Keleşin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetinə (AzTU) səfər edib. Səfər çərçivəsində qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüblər. Görüşdə AzTU və “SAHA İstanbul”da görülən işlər haqqında ətraflı məlumat verilib. Həmçinin müvafiq sahələr üzrə əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib.

Daha sonra AzTU ilə “SAHA İstanbul”arasında əməkdaşlıq haqqında protokol imzalanıb. Sənədi AzTU-nun rektoru Vilayət Vəliyev və “SAHA İstanbul”un baş katibi İlhami Keleş imzalayıblar.

Əməkdaşlıq protokoluna əsasən, tərəflər birgə elmi-tədqiqat işlərinin aparılması, klasterləşmə prosesində bacarıq və imkanların bölüşdürülməsi, universitetin beynəlxalq layihələrdə, sərgi və yarmarkalarda iştirakının təmin olunması istiqamətində əməkdaşlıq edəcəklər.

Əməkdaşlıq çərçivəsində “SAHA İstanbul”da AzTU tələbələri üçün təcrübə imkanı da təmin ediləcək.

İmzalanma mərasimindən sonra qonaqlar AzTU-nun laboratoriyaları ilə tanış olublar.​

--
Hörmətlə,​

Sevinc İsgəndərova
Azərbaycan Texniki Universitetinin mətbuat katibi

Türkiyədə 9 nəfəri öldürən şagirdin anası həbs edildi
Türkiyədə 9 nəfəri öldürən şagirdin anası həbs edildi
Azərbaycanda iki fəsil yoxa çıxır
Azərbaycanda iki fəsil yoxa çıxır
Keçid balları ilə bağlı abituriyentlərə - ŞAD XƏBƏR
Keçid balları ilə bağlı abituriyentlərə - ŞAD XƏBƏR
Dəhşətli PROQNOZ: Qiymətlər "od tutub yanacaq"
Dəhşətli PROQNOZ: Qiymətlər
Metroda qatarların hərəkəti yenidən iflic oldu
Metroda qatarların hərəkəti yenidən iflic oldu
Azərbaycanda internet bahalaşdı - Yeni qiymət
Azərbaycanda internet bahalaşdı - Yeni qiymət
Rusiya səmasında gecə hücumu: 155 dron vuruldu
Rusiya səmasında gecə hücumu: 155 dron vuruldu
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq