veten informasiya agentliyi

Türkiyə paytaxtında Şuşa Bəyannaməsinə həsr olunmuş tədbir keçirilib

Tarix:5-09-2022, 14:16
Baxış Sayı:271

Ankara şəhərində "Şuşa Bəyannaməsi ilə qardaşlıqdan müttəfiqliyə gedən yol” mövzusunda tədbir keçirilib.

Şuşa Konqres Mərkəzində baş tutan tədbir ölkəmizin Türkiyədəki səfirliyinin, Türkiyə-Azərbaycan Dostluq Əməkdaşlıq və Həmrəylik Vəqfinin nəzdindəki Azərbaycan Evinin, Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin birgə təşkilatçılığı ilə gerçəkləşdirilib.

Tədbirdə ölkəmizin və digər türk dövlətləri səfirliklərinin diplomatları, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin nümayəndələri və soydaşlarımız iştirak ediblər.

Türkiyə və Azərbaycanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə iki qardaş ölkənin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açıq elan edən Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq Əməkdaşlıq və Həmrəylik Vəqfinin və Azərbaycan Evinin rəhbəri, professor Aygün Attar 15 iyun 2021-ci il tarixində imzalanmış Şuşa Bəyannaməsinin əhəmiyyətindən, qardaşlıqdan müttəfiqliyə aparan yolun tarixindən, dünyada cərəyan edən proseslərin türk dünyasına təsirindən danışıb.

Sonra Türkiyənin ətraf mühit və şəhərsalma nazirinin müavini, Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin sədri Mücahit Demirtaş, mədəniyyət və turizm nazirinin müavini Nadir Arpaslan, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının Baş katibi, akademik Asəf Hacıyev çıxış ediblər. Onlar mədəniyyət paytaxtları, qardaşlaşmış şəhərlər layihələrinin önəmi, türk dünyasının ortaq mədəniyyətinin gələcək nəsillərə ötürlməsindən vacibliyi, qlobal mühitdə baş verən hadisələr fonunda türk dəyərlərinin misilsiz gücə malik olması, türk dövlətlərinin birliyi kimi məsələlərə toxunublar. 44 günlük Vətən müharibəsi dövründə Türkiyənin Azərbaycana göstərdiyi dəstəyi xatırladan natiqlər Qarabağ Zəfərinin türk dünyasının tarixində əbədi qalacağını və bu amilin türk dövlətlərinin daha da yaxınlaşmasında dönüş nöqtəsinə çevrildiyini vurğulayıblar.

Tədbir Bakı şəhərində keçirilmiş Zəfər paradına həsr olunmuş videoçarxın nümayişi və türk xalqlarının musiqilərinin səsləndirilməsi ilə davam edib.

Meşədən meyvə yığmaq hansı hallarda qadağandır? - ŞOK CƏRİMƏLƏR
Meşədən meyvə yığmaq hansı hallarda qadağandır? - ŞOK CƏRİMƏLƏR
Erməni şairin heykəli götürüldü, yol açılır - Bu kəndin qaytarılmasına hazırlıq gedir
Erməni şairin heykəli götürüldü, yol açılır - Bu kəndin qaytarılmasına hazırlıq gedir
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq
Bakıda Bal Yarmarkası başlayır
Bakıda Bal Yarmarkası başlayır
Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi
Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi
Qazaxıstan bu meyvənin ölkəyə gətirilməsini qadağan etdi
Qazaxıstan bu meyvənin ölkəyə gətirilməsini qadağan etdi
Məhəmməd Salahın yaşayacağı küçəyə adı veriləcək
Məhəmməd Salahın yaşayacağı küçəyə adı veriləcək
Tələbələr üçün kirayə mənzil qiyməti 50-100 manat bahalaşdı
Tələbələr üçün kirayə mənzil qiyməti 50-100 manat bahalaşdı