veten informasiya agentliyi

İşlədiyi şirkətdən pul mənimsəyən şəxs saxlanıldı

Tarix:19-08-2022, 17:12
Baxış Sayı:301

İşlədiyi şirkətdən pul mənimsəyən şəxs saxlanıldı
İşlədiyi şirkətdən pul mənimsəyən şəxs saxlanıldı
İşlədiyi şirkətdən pul mənimsəyən şəxs saxlanıldı
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, avqustun 18-də Sabirabad rayon sakini Nicat Ağayev İmişli Rayon Polis Şöbəsinə müraciət edərək rayon ərazisində saxladığı nəqliyyat vasitəsinin yan şüşələrinin naməlum şəxs və ya şəxslər tərəfindən qırılması, avtomobildə olan pul, mobil telefon və sənədlərin oğurlanması barədə məlumat verib.
Daxil olmuş müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən peşəkarlıqla keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisəsinin vətəndaşın özü tərəfindən törədilməsi müəyyən edilib.
Araşdırmalar zamanı məlum olub ki, şirkətlərin birində satış təmsilçisi kimi çalışan N.Ağayev satışdan əldə olunan 4137 manat pulu mənimsəyib. Daha sonra isə izi itirmək üçün avtomobilin yan şüşəsini daşla qıraraq, nəqliyyat vasitəsindən şirkətə məxsus 4370 manat, eləcə də özünün 120 manat pulunun, mobil telefonunun və avtomobilin müvafiq sənədlərinin oğurlanması səhnəsi yaradıb və bu barədə polisə məlumat verib.
Şöbə əməkdaşları tərəfindən onun üzərinə keçirilən baxış zamanı 1454 manat pul, eləcə də oğurlanması barədə məlumat verdiyi mobil telefon və digər sənədlər aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı N.Ağayev barəsində İmişli RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Almaniyada hərbi sorğuya cavab verməyənlər 250 avro cəzalandırılacaq
Almaniyada hərbi sorğuya cavab verməyənlər 250 avro cəzalandırılacaq
Gələn ay 5 gün tətil olacaq - Tarixlər açıqlandı
Gələn ay 5 gün tətil olacaq - Tarixlər açıqlandı
Azərbaycanda payız yay havasına döndü
Azərbaycanda payız yay havasına döndü
Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?
Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?
Azərbaycan-İran sərhədinin tam nəzarətə götürülməsindən 6 il ötür
Azərbaycan-İran sərhədinin tam nəzarətə götürülməsindən 6 il ötür
“Bombaların nənəsi” və “raketlərin atası” - İranda nə baş verir?
“Bombaların nənəsi” və “raketlərin atası” - İranda nə baş verir?
Əhali azaldığı üçün 145 məktəb bağlanacaq: 2040-cı ilədək...
Əhali azaldığı üçün 145 məktəb bağlanacaq: 2040-cı ilədək...
Xırdalanda evi olanlar üçün vacib açıqlama: Qarşıdakı illərdə nə gözlənilir?
Xırdalanda evi olanlar üçün vacib açıqlama: Qarşıdakı illərdə nə gözlənilir?