veten informasiya agentliyi

Sosial Xidmətlər Agentliyinin yeni Mərkəzində hər ay 40 nəfər uşağa reabilitasiya xidmətləri göstəriləcək

Tarix:10-08-2022, 11:57
Baxış Sayı:364

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Sabunçu rayonunda yeni ixtisaslaşmış Sosial Xidmət Mərkəzi fəaliyyətə başlayıb.
Mərkəzdə sosial işçi, psixoloq, loqoped, sosial-pedaqoq və uşaq inkişafı üzrə mütəxəssislər vasitəsilə 18 yaşınadək əlilliyi olan şəxslərə reabilitasiya xidmətləri göstəriləcək.
Prezident İlham Əliyevin şəhid ailələri və müharibə əlillərinə, həmçinin həssas əhali qruplarından olan digər şəxslərə xüsusi diqqətindən danışan Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov bildirib ki, bu şəxslərin sosial müdafiəsi tədbirləri ildən ilə daha da gücləndirilir.
Qeyd olunub ki, Agentlik hazırda 18 yaşınadək əlilliyi olan şəxsləri həm stasionar, həm də səyyar formada sosial xidmətlərlə təmin edir. Daha əvvəl açılışı olan Abşeron Sosial Xidmət Mərkəzində xidmət göstərilən bu kateqoriyadan olan 60-a yaxın uşağın reabilitasiyası yekunlaşıb.
Sabunçu Sosial Xidmət Mərkəzi də uşaqlara keyfiyyətli xidmət göstərilməsi üçün xüsusi avadanlıq və ləvazimatlarla təchiz edilib. Mərkəzin xidmətlərindən ilkin olaraq 3-11 yaş qrupuna aid 18 yaşınadək əlilliyi olan şəxslər bəhrələnəcək.
Burda uşaqlar üçün fərdi və qrup şəklində sosial-reabilitasiya xidmətlərinin təşkili ilə yanaşı, valideynləri də müvafiq təlimlərə cəlb olunacaq.
Mərkəzdə ay ərzində 40 nəfər uşağa xidmət göstərilməsi nəzərdə tutulub.

Merts etiraf etdi: ABŞ Ukraynaya pul ayırmır, yük Avropanın üzərinə düşüb

“Azəriqaz” rəhbərliyi Ağcabədidə vətəndaşları qəbul edəcək

Bakının Yeni Həyat küçəsində təmir işləri aparılacaq

ABŞ Qran Prisi təhlükədə - Məhkəmə iddiası qaldırıldı

Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir

Avtobuslarda qulaqlıqdan istifadə etməyənlər cərimələnəcək

Ukrayna müharibəyə gündə nə qədər pul xərcləyir? - RƏQƏM AÇIQLANDI

Azərbaycanda Qarabağ Milli Parkı yaradılır - SƏRƏNCAM