veten informasiya agentliyi

Könül Nurullayeva: “Qanunsuz erməni silahlılarının Qarabağdan çıxarılması bölgənin təhlükəsizliyi üçün vacibdir”

Tarix:5-08-2022, 10:08
Baxış Sayı:213

Könül Nurullayeva: “Qanunsuz erməni silahlılarının Qarabağdan çıxarılması bölgənin təhlükəsizliyi üçün vacibdir”
Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı, Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklərin nəzarətə götürülməsi bizim suveren hüququmuzdur. Buna görə heç kim Azərbaycanı ittiham edə bilməz. Biz öz suveren ərazimizdəki qanunsuz silahlıların çıxarılmasını təmin edirik. Azərbaycan Respublikasının Konstitusiyasını rəhbər tutaraq ölkəmizin suveren ərazilərində törədiləcək istənilən terror və təxribatın qarşısı qətiyyətlə alınacaq və əks cavab tədbirləri​ daha da sarsıdıcı olacaq.​
İki ildir​ 10 noyabr bəyannaməsinin tələbləri Ermənistan tərəfindən yerinə yetirilmir və bu azmış kimi, təxribatlar da davam edir. Bu ərazilərdə qanunsuz silahlı birləşmələrin olması regionun təhlükəsizliyinə təhdiddir. Azərbaycan ordusunun hərbçisi Anar Kazımovun şəhid olmasına heç bir halda göz yuma bilməzdik. Ona görə də “Qisas” antiterror əməliyyatı keçirildi və bu əməliyyat gələcək təxribatlara qarşı tutarlı cavab idi. Ermənistan dərk etməlidir ki, sona qədər qanunsuz birləşmələr Azərbaycan ərazilərində qala bilməz və bütün təxribatların cavabı çox sərt olacaq. Çünki qanunsuz erməni silahlılarının Qarabağdan çıxarılması bölgənin təhlükəsizliyi üçün vacibdir.
Baş vermiş hadisə ilə bağlı beynəlxalq reaksiyalarda “narahatlıq” ifadə olunur, toqquşmalara dərhal son qoymağa çağırışlar yer alıb. Amma əsl narahatlıq doğuran məsələ​
Qarabağ ərazisində olan Ermənistan qanunsuz hərbi birləşmələrinin terror-diversiya fəaliyyətidir. Əsas etiraz və narahatlıq, çağırışlar bu məsələ ilə bağlı olmalıdır.
Eyni zamanda bir neçə gün əvvəl daha bir neçə azərbaycanlı mina terrorunun qurbanı oldu. Ermənistan işğal etdiyi ərazilərdə hərbi təyinatı olmayan əraziləri də minalayıb, bu faktın özü Ermənistanın terrorçu xislətindən xəbər verir. Əsl narahatlıq doğuran məsələlər bunlardır.​
O ki qaldı nəzarətə götürdüyümüz ərazilərə, Azərbaycan öz sərhədlərində daha da möhkəmlənir və bu proses bundan sonra da davam edəcək.
Rəsmi Bakı
dəfələrlə bildirib ki, üçtərəfli bəyanata zidd olaraq Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni silahlı birləşmələrinin sülhməramlıların müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində mövcudluğu təhlükə mənbəyi olaraq qalır. Müfafiə Nazirliyinin bəyanatında da qeyd olunduğu kimi, həmin ərazilərin demilitarizasiyası, Ermənistan qoşunlarının oradan tam çıxarılması və qanunsuz erməni silahlı ünsürlərinin tərksilah edilməsi mütləq şəkildə labüddür.
Bu mənada beynəlxalq səviyyədə siyasi təzyiq edərək Ermənistan üçtərəfli bəyanatda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə məcbur edilməlidir.

Novruz Aslanov kəndlərdə seçiciləri ilə görüşüb -Fotolar
Novruz Aslanov kəndlərdə seçiciləri ilə görüşüb -Fotolar
Hacıqabul rayon sakini itkin düşüb
Hacıqabul rayon sakini itkin düşüb
Oğurluq
Oğurluq
Evdən musiqi alətləri oğurlayanlar saxlanılıblar
Evdən musiqi alətləri oğurlayanlar saxlanılıblar
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
Astara rayonu ərazisində avtoxuliqanlıq hərəkətləri edən sürücü həbs edilib
Astara rayonu ərazisində avtoxuliqanlıq hərəkətləri edən sürücü həbs edilib