veten informasiya agentliyi

Zəfər Qələbəsindən sonra Azərbaycanın çox böyük perspektivləri var

Tarix:3-08-2022, 10:17
Baxış Sayı:129

Zəfər Qələbəsindən sonra Azərbaycanın çox böyük perspektivləri var
Rövşən Əhmədov: Prezident İlham Əliyevin cari ilin 25 iyul tarixində Masallı, Lerik və Göygöl Rayon İcra Hakimiyyətlərinin yeni başçılarını vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbulu zamanı çıxışında səsləndirdiyi fikirlərdən nəinki icra başçıları, eləcə də bütün qurumlarda rəhbər vəzifə daşıyan şəxslər nəticə çıxarmalı, fəaliyyətlərində verilən tövsiyələri həmişə prioritet kimi istifadə etməlidirlər.
İcra başçıları öz fəaliyyətlərində sosial ədalət prinsipinə əməl etməlidirlər. Sosial ədalət, bütövlükdə ədalət prinsipləri cəmiyyətin əsas prinsiplərindən biridir və sağlam cəmiyyətdə ədalət hökm sürür. Sevindirici haldır ki, bu gün Azərbaycan cəmiyyəti həmrəylik nümayiş etdirir, Azərbaycan cəmiyyəti ölkədə gedən prosesləri, xarici və daxili siyasəti dəstəkləyir. Bizim siyasətimiz Azərbaycan xalqının rifah halının yaxşılaşmasına istiqamətlənməklə kifayətlənməyib, ölkəmizin beynəlxalq nüfuzunu gücləndirir. Bizim siyasətimiz nəticəsində Azərbaycan Ermənistanın işğalçılıq siyasətinə son qoydu.
Son illərdə bütün rayonlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində geniş abadlıq-quruculuq işləri görüldü, böyük infrastruktur layihələri icra edildi və uzun illər ərzində insanları narahat edən problemlərin böyük hissəsi aradan qalxdı.
Elektrik enerjisi ilə təchizat, qazlaşdırma, yol infrastrukturu, suvarma, içməli su layihələri, sosial infrastruktur layihələri icra olundu, hər rayonda müasir xəstəxana, tibb ocaqları, bir çox məktəblər inşa edildi. Bütün ölkə üzrə infrastruktur layihələr davamlı icra olunur.
Yeni iş yerlərinin yaradılması xüsusi əhəmiyyət kəsb edir. Yeni infrastruktur layihələri iş yerlərinin yaradılmasına xidmət göstərir. Yaradılan münbit şəraitin nəticəsidir ki, sahibkarlar da bölgələrdə bütün quruculuq işlərində fəal iştirak edirlər.
İdarəetmədə çox ciddi islahatlar aparılır, çox böyük təmizləmə işləri aparılır. Bu işlərə rəvac verən və bəzi dövlət məmurlarını, yerli icra orqanlarını bu qanunsuz işlərə təhrik edən insanlar hakimiyyətdən uzaqlaşdırıldı. Hakimiyyət təmizlənir və insanlar bunu görürlər.Cənab Prezidentin qeyd etdiyi kimi, İcra başçıları daim insanlarla təmasda olmalıdır.
Bəzi hallarda sahibkarlar qarşısında müəyyən qanunsuz, əsassız tələblər irəli sürülür. İcra başçıları özləri sahibkarları rayonlara cəlb etməlidir. Xüsusilə nəzərə alsaq ki, Göygöl, Masallı və Lerik rayonlarının turizm potensialı çox zəngindir bu rayonları turizm mərkəzinə çevirmək əsas vəzifələrdən biridir.
İcra başçıları bütün kəndlərdə olmalıdır, kənd camaatının qayğıları ilə yaşamalıdır, onları narahat edən problemləri onların dilindən eşitməlidir və imkan daxilində bu problemləri həll etməlidir. Əgər hər bir kəndin problemi həll olunarsa, demək olar ki, ölkədə insanları narahat edən ciddi problem qalmayacaq.
Rövşən Əhmədov
YAP Ağcabədi rayon təşkilatının sədri

İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
Səhiyyə Nazirliyi akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri Elbrus Rüstəmov: Xora xəstəliyindən xilas olmaq üçün qida rejimini pozmamaq, zərərli vərdişlərdən imtina və vaxtında həkimə müraciət etmək lazımdır

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Qazaxda narkokuryer saxlanılıb
Qazaxda narkokuryer saxlanılıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb