veten informasiya agentliyi

Peşə hazırlığının təşkilində özəl müəssisələrlə əməkdaşlıq artırılır

Tarix:2-08-2022, 14:56
Baxış Sayı:135

Peşə hazırlığının təşkilində özəl müəssisələrlə əməkdaşlıq artırılır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ötən ildən başlayaraq peşə hazırlığının dövlət sifarişi ilə adambaşına maliyyələşmə prinsipi əsasında həyata keçirilməsi və peşə hazırlığını həyata keçirən müəssisələrin müsabiqə yolu ilə seçilməsi mexanizmini tətbiq etməyə başlayıb.
 
Bunun nəticəsidir ki, özəl tədris müəssisələrinin peşə hazırlığında iştirak payı əhəmiyyətli dərəcədə artıb. Belə ki, cari ilin ötən dövrü ərzində Agentliyə adambaşı maliyyələşmə prinsipi əsasında peşə hazırlığının təşkili üçün 77 özəl tədris müəssisəsi tərəfindən müraciət daxil olub və onlardan 43-ü ilə əməkdaşlığa başlanılıb. Müdavimlərin tədrisdən sonra məşğulluğunu təmin etmək öhdəliyi əsasında Agentlik tərəfindən özəl peşə hazırlığı müəssisələrinə sifarişlər verilib və nəticədə 1380 işsiz şəxs peşə hazırlığı kurslarına cəlb olunub.
 
Yeni maliyyələşmə mexanizminin məqsədi peşə hazırlığı sisteminin təkmilləşdirilməsi və effektivliyinin artırılması, bu sahədə çevikliyin və rəqabətliliyin təmin olunması, eləcə də dövlət sektoru ilə özəl sektor arasındakı əməkdaşlığın genişləndirilməsidir.

İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
Səhiyyə Nazirliyi akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri Elbrus Rüstəmov: Xora xəstəliyindən xilas olmaq üçün qida rejimini pozmamaq, zərərli vərdişlərdən imtina və vaxtında həkimə müraciət etmək lazımdır

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Qazaxda narkokuryer saxlanılıb
Qazaxda narkokuryer saxlanılıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb