veten informasiya agentliyi

Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə dair mətbuat konfransı keçirildi

Tarix:2-08-2022, 14:48
Baxış Sayı:140

Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik  ödəmələrin verilməsinə dair mətbuat konfransı keçirildi
Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik  ödəmələrin verilməsinə dair mətbuat konfransı keçirildi

Ölkəmizdə yeni sosial dəstək proqramına - Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə başlanması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunda mətbuat konfransı keçirilib.

Fondun İdarə Heyətinin sədri Himalay Məmişov Birinci Qarabağ müharibəsi əlillərinin birdəfəlik ödəmə ilə təminatının Prezident İlham Əliyevin müharibə əlillərinə xüsusi qayğısının növbəti təzahürü olduğunu vurğulayıb. O, Nazirlər Kabinetinin yeni təsdiqlədiyi Qaydaya uyğun şəkildə bu gündən həmin ödəmələrin təyinatına başlandığını deyib.

1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş və həmin dövrədək hərbi xidmətdə xəsarət alması barədə məlumatları aidiyyəti qurumlar tərəfindən müvafiq elektron sistemə daxil edilmiş, o cümlədən sığorta ödənişi alması üçün məhkəmə qətnaməsi olan hərbi qulluqçular və daxili işlər orqanları əməkdaşlarından ibarət olan və sənədləri e-sistemdə olan 11 minədək müharibə əlilinə proaktiv qaydada (heç bir quruma müraciət etmədən və sənəd təqdim olunmadan) ödəmə təyin olunaraq bank hesablarına köçürüldüyü bildirilib.

H.Məmişov birdəfəlik ödəmə ilə təminat mexanizminə dair məlumat verib.

İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
Səhiyyə Nazirliyi akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri Elbrus Rüstəmov: Xora xəstəliyindən xilas olmaq üçün qida rejimini pozmamaq, zərərli vərdişlərdən imtina və vaxtında həkimə müraciət etmək lazımdır

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Qazaxda narkokuryer saxlanılıb
Qazaxda narkokuryer saxlanılıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb