veten informasiya agentliyi

Diaspor Gənclərinin III Yay Düşərgəsinin iştirakçıları Şuşaya yola düşüblər

Tarix:2-08-2022, 14:39
Baxış Sayı:95

Diaspor Gənclərinin III Yay Düşərgəsinin iştirakçıları Şuşaya yola düşüblər
Avqustun 2-də Diaspor Gənclərinin III Yay Düşərgəsinin iştirakçıları Şuşaya yola düşüblər.

50 ölkəni təmsil edən 115 nəfər düşərgə iştirakçısını qədim şəhərimizə aparan avtobus karvanı Heydər Əliyev Sarayının qarşısından yola çıxıb.

Dünyanın müxtəlif ölkələrində yaşayan gənclərimiz və Azərbaycana dost münasibəti bəsləyən xalqların nümayəndələri Şuşaya çatanadək erməni silahlı biləşmələrinin Qarabağda törətdikləri vandalizm aktlarının, eləcə də hazırda azad edilmiş torpaqlarımızda həyata keçirilən tikinti-abadlıq işlərinin şahidi olacaqlar.

Qeyd edək ki, bu layihə Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə "Şuşa İli" çərçivəsində həyata keçirilir. Düşərgənin tərəfdaşları Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Dövlət Turizm Agentliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsidir.

2-8 avqust tarixini əhatə edəcək düşərgə müddətində gənclər tarixi Zəfərimizin Şuşa təntənəsinin şahidi olmaqla yanaşı, Azərbaycanla bağlarını daha da möhkəmləndirmək, ölkəmizi uğurla təmsil etmək, şəbəkələşmək, yeni dostlar qazanmaq imkanı əldə edəcəklər. Proqrama Şuşanın işğal dövründə dağıdılmış abidələri ilə tanışlıq, müqəddəs məkanları ziyarət, şəhid ailələrinin üzvləri və qəhrəman qazilərimizdə, həmçinin müxtəlif sahələr üzrə ekspertlərlə görüşlər daxildir. Əyləncəli proqramların və intellektual oyunların təşkili də nəzərdə tutulub.

Xatırladaq ki, Diaspor Gənclərinin I Yay Düşərgəsi “Cümhuriyyətin 100 illiyi” şüarı altında Şəkidə, “Nəsimi-650” II Yay Düşərgəsi isə 2019-cu ildə Şamaxıda keçirilib.

DİN HESABAT
DİN HESABAT
Bank kartından oğurluq
Bank kartından oğurluq
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
Yaradanım hamımızı sevir. Amma biz bir-birimizi başa düşüb sonacan sevə bilirikmi?.. - NOVRUZ ASLANOV - Müsahibə
Yaradanım hamımızı sevir. Amma biz bir-birimizi başa düşüb sonacan sevə bilirikmi?.. - NOVRUZ ASLANOV - Müsahibə