veten informasiya agentliyi

Mirzə Ələkbər Sabirin ABŞ-da yaşayan nəticəsi Diaspor Gənclərinin III Yay Düşərgəsində iştirak edəcək

Tarix:30-07-2022, 13:05
Baxış Sayı:183

Mirzə Ələkbər Sabirin ABŞ-da yaşayan nəticəsi Diaspor Gənclərinin III Yay Düşərgəsində iştirak edəcək

Mirzə Ələkbər Sabirin ABŞ-da yaşayan nəticəsi, tanınmış jurnalist Gündüz Tahirlinin qızı Türkan Tahirli Diaspor Gənclərinin Şuşada keçirilən III Yay Düşərgəsində iştirak edəcək.

Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Şuşada keçiriləcək Diaspor Gənclərinin Yay Düşərgəsinə seçilənlər arasında olması böyük şairimizin nəticəsini çox sevindirib.

“İşğaldan azad olunan torpaqlarımıza getmək və hər şeyi öz gözlərimlə görmək mənə verilən ən böyük fürsətdir. Bu, mənim üçün düşərgənin ən önəmli və maraqlı tərəfidir. Bunu dəyərləndirmək istəyirəm. Mənim kimi xaricdə yaşayan, başqa ölkələrin vətəndaşları olan azərbaycanlılarla görüşmək, tanış olmaq, vaxt keçirmək maraqlıdır və bunu çox istəyirəm” – deyə T.Tahirli deyib.

Qeyd edək ki, Türkan Tahirli 2014-cü ildən ailəsi ilə birlikdə ABŞ-a köçüb. George Mason Universitetinin məzunudur.

İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
Səhiyyə Nazirliyi akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri Elbrus Rüstəmov: Xora xəstəliyindən xilas olmaq üçün qida rejimini pozmamaq, zərərli vərdişlərdən imtina və vaxtında həkimə müraciət etmək lazımdır

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Qazaxda narkokuryer saxlanılıb
Qazaxda narkokuryer saxlanılıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb