veten informasiya agentliyi

“İnformasiya texnologiyaları üzrə texniki dəstək mütəxəssisi” peşəsi üzrə kursa qəbul başladı

Tarix:29-07-2022, 20:54
Baxış Sayı:110

“İnformasiya texnologiyaları üzrə texniki dəstək mütəxəssisi” peşəsi üzrə kursa qəbul başladı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə "4MAPS ACADEMY" MMC birgə əməkdaşlığa başlayır. Bu əməkdaşlığın nəticəsi olaraq “İnformasiya texnologiyaları üzrə texniki dəstək mütəxəssisi” peşəsi üzrə hazırlıq kursu təşkil ediləcək və uyğun namizədlər işlə təmin olunacaqlar.
 
İnformasiya sistemləri üzrə peşə hazırlığına cəlb olunacaq şəxslərə Türkiyənin peşəkar müəllim-pedaqoji heyəti tərəfindən coğrafiya informasiya sistemlərinin (GİS) əsas tətbiqləri, 3D xəritəçəkmə, şəhərsalmada GİS və s. haqqında ətraflı məlumat veriləcək. 3 aylıq kurs müddətində dərslər onlayn formada həftədə 2 dəfə, 3 saat olmaqla tədris olunacaq. Kursa minimum orta təhsilli, 20-30 yaş həddində, işsiz vətəndaşlar müraciət edə bilərlər.
 
Peşə hazırlığı kurslarını müvəffəqiyyətlə bitirən və işəgötürənin tələblərinə cavab verən şəxslər “Here Technologies” tətbiqinin MDB, Yaxın Şərq və Azərbaycan, “Yandex Maps” tətbiqinin isə Azərbaycan üzrə təmsilçisi olan ”4MAPS Bilgi Teknolojileri” MMC-də işlə təmin olunacaq.
 
“İnformasiya texnologiyaları üzrə texniki dəstək mütəxəssisi” üzrə peşə hazırlığı kurslarına müraciət etmək istəyən vətəndaşlar 20 avqust tarixinədək şəxsiyyəti təsdiq edən sənədlə Bakı (Yasamal rayonu, Məhəmməd Xiyabani 9) və Abşeron-Xızı Regional Məşğulluq filialına (Sumqayıt şəhəri, 9-cu mikrorayon ev 64) yaxınlaşa bilərlər.

İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
Səhiyyə Nazirliyi akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri Elbrus Rüstəmov: Xora xəstəliyindən xilas olmaq üçün qida rejimini pozmamaq, zərərli vərdişlərdən imtina və vaxtında həkimə müraciət etmək lazımdır

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Qazaxda narkokuryer saxlanılıb
Qazaxda narkokuryer saxlanılıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb