veten informasiya agentliyi

Qardabani Gənclər Mərkəzi azərbaycanlı gənclərin təhsil karyerasına mühüm dəstək göstərir

Tarix:27-07-2022, 17:13
Baxış Sayı:275

Qardabani Gənclər Mərkəzi azərbaycanlı gənclərin təhsil karyerasına mühüm dəstək göstərir
Qardabani Gənclər Mərkəzi azərbaycanlı gənclərin təhsil karyerasına mühüm dəstək göstərir
Qardabani Gənclər Mərkəzi azərbaycanlı gənclərin təhsil karyerasına mühüm dəstək göstərir
Qardabani Gənclər Mərkəzi azərbaycanlı gənclərin təhsil karyerasına mühüm dəstək göstərir

Gürcüstandakı Qardabani Gənclər Mərkəzinin nəzdində fəaliyyət göstərən kurslar Qardabani rayonunda yaşayan azərbaycanlı gənclərin təhsil həyatında önəmli rol oynayır.

Mərkəzin icraçı direktoru Hacı Hacıyev bilirib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə bu layihə 3 ildir həyata keçirilir. “Bu yaxınlarda növbəti kursların buraxılış mərasimi keçirildi. Hər il 100 nəfər gəncə sertifikat təqdim edilir. Digər fənnlərlə yanaşı, gürcü və ingilis dilləri də tədris olunur. Müsbət nəticələr göz önündədir. Azərbaycanlı uşaqların gürcü və ingilis dili bilikləri xeyli artıb”, - icraçı direktor söyləyib.

Kursların müdavimləri Çiyalə Osmanova, Ramiz Osmanov və Esmira Əliyeva kursların fəaliyyətini və mərkəzdəki şəraiti yüksək qiymətləndiriblər.

“Kursu müvəffəqiyyətlə bitirib, sertifikat almağın sevincini yaşayırıq. Əsas riyaziyyata maraq göstərirdim. Bu fənn üzrə biliklərimin artırılmasında kursun çox böyük əhəmiyyəti oldu. Orta məktəbdə gürcü dili fənnini keçsəm də, ünsiyyət imkanım yox idi. Kurslar mənə gürcü dilində ünsiyyət imkanı yaratdı və bu dildə sərbəst danışmağıma təsir etdi. Mərkəzdə çox gözəl mühit hökm sürür. Burada dostlar qazanmışam”, - deyə Çiyalə Osmanova bildirib.

Müdavim Ramiz Osmanov qeyd edib ki, kursa gələndə gürcü düilini yaxşı bilmirdi: “İndi dil bilgilərim orta səviyyəyə çatıb. Dili mükəmməl mənimsəyənə qədər kursa davam edəcəyəm”.

Artıq gürcü dilində müsahibələr verən müdavim Esmira Əliyeva deyib ki, kurs müəllimlərinin tədris metodikasından çox razıdır: “Kurslar gürcü dilində sərbəst danışmağıma kömək etdi, ingilis dilində biliklərimi inkişaf etdirdi, mənə yaxşı dostlar qazandırdı. Qardabani Gənclər Mərkəzində gənclərə yaradılmış şəraitdən çox razıyam”.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Ağdam şəhərinə daha 92 ailə yola salındı
Ağdam şəhərinə daha 92 ailə yola salındı