veten informasiya agentliyi

Azərbaycan Diasporuna Dəstək Fondu "Qardaşlaşmış Qarabağ Məktəbləri" layihəsinə start verib

Tarix:19-07-2022, 15:34
Baxış Sayı:302

Azərbaycan Diasporuna Dəstək Fondu "Qardaşlaşmış Qarabağ Məktəbləri" layihəsinə start verib
Azərbaycan Diasporuna Dəstək Fondu "Qardaşlaşmış Qarabağ Məktəbləri" layihəsinə start verib
Azərbaycan Diasporuna Dəstək Fondu "Qardaşlaşmış Qarabağ Məktəbləri" layihəsinə start verib
Azərbaycan Diasporuna Dəstək Fondu "Qardaşlaşmış Qarabağ Məktəbləri" layihəsinə start verib

Azərbaycan Diasporuna Dəstək Fondu “Qardaşlaşmış Qarabağ Məktəbləri” adlı yeni layihəyə start verib.
Davamlılığının təmin olunması nəzərdə tutulan ilk layihə 18-24 iyul tarixində gerçəkləşdiriləcək.
“Qardaşlaşmış Qarabağ Məktəbləri” layihəsi çərçivəsində İsveçrədə fəaliyyət göstərən həftəsonu məktəbinin şagirdləri ilə məcburi köçkün və şəhid ailələrinin övladları Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən “Cırtdan” Respublika Uşaq İstirahət və Sağlamlıq mərkəzində bir həftə ərzində səmərəli vaxt keçirəcək. Şagirdlərin mədəni-maarifləndirici panellərdə iştirakı, ölkəmizin dilbər guşələrinə səyahəti, muzeylərə səfəri nəzərdə tutulur.
Layihədə İsveçrədən 10 şagird və 2 təlimçi, yerli məktəblərdən 14 şagird və 2 təlimçi iştirak edir. Burada onlara daimi kommunikasiya və şəbəkələşmə ilə yanaşı, Azərbaycan dili təlimləri keçiriləcək. Layihənin növbəti mərhələsində isə yerli şagirdlərin İsveçrəyə səfəri təşkil ediləcək.
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi layihənin tərəfdaşlarından biridir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı həftəsonu məktəblərinin açılması istiqamətində fəaliyyətin gücləndirilməsi, dünya azərbaycanlılarını birləşdirən ana dilinin daim təbliği kimi fəaliyyətləri diaspor siyasətinin prioriteti kimi müəyyənləşdirib.
Xarici ölkələrdə “Qarabağ məktəbləri”nin qurulmasına Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və tapşırığı ilə start verilib. Fransanın Nant, İsveçrənin Bern, Polşanın Varşava, İsveçin Stokholm şəhərlərində həftəsonu məktəbləri fəaliyyətə başlayıb. Bu məktəblərin məqsədi azərbaycanlı uşaqlara ana dilini, ədəbiyyatını, tarixini və mədəniyyətini tədris etməklə yanaşı, ölkəmizlə bağlı həqiqətləri də aşılamaqdır.

Almaniyada hərbi sorğuya cavab verməyənlər 250 avro cəzalandırılacaq
Almaniyada hərbi sorğuya cavab verməyənlər 250 avro cəzalandırılacaq
Gələn ay 5 gün tətil olacaq - Tarixlər açıqlandı
Gələn ay 5 gün tətil olacaq - Tarixlər açıqlandı
Azərbaycanda payız yay havasına döndü
Azərbaycanda payız yay havasına döndü
Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?
Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?
Azərbaycan-İran sərhədinin tam nəzarətə götürülməsindən 6 il ötür
Azərbaycan-İran sərhədinin tam nəzarətə götürülməsindən 6 il ötür
“Bombaların nənəsi” və “raketlərin atası” - İranda nə baş verir?
“Bombaların nənəsi” və “raketlərin atası” - İranda nə baş verir?
Əhali azaldığı üçün 145 məktəb bağlanacaq: 2040-cı ilədək...
Əhali azaldığı üçün 145 məktəb bağlanacaq: 2040-cı ilədək...
Xırdalanda evi olanlar üçün vacib açıqlama: Qarşıdakı illərdə nə gözlənilir?
Xırdalanda evi olanlar üçün vacib açıqlama: Qarşıdakı illərdə nə gözlənilir?