veten informasiya agentliyi

Gürcüstanın Kvemo Kartli regionunun qubernatoru Diasporla İş üzrə Dövlət Komitəsində olub

Tarix:14-07-2022, 17:38
Baxış Sayı:315

Gürcüstanın Kvemo Kartli regionunun qubernatoru Diasporla İş üzrə Dövlət Komitəsində olub

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədr müavini Vaqif Seyidbəyov Gürcüstanın Kvemo Kartli regionunun qubernatoru Giorgi Doxturişvilinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları salamlayan sədr müavini komitənin tarixi və fəaliyyət istiqamətləri, xaricdə yaşayan azərbaycanlıların Vətənlə əlaqələrinin gücləndirilməsi üçün görülən işlər barədə ətraflı məlumat verib. Ulu öndər Heydər Əliyev tərəfindən yaradılan Dövlət Komitəsinin bu günlərdə 20 illik yubileyinin tamam olduğunu deyən V.Seyidbəyov bu əlamətdar tarixin işğaldan azad olunmuş Qarabağda Azərbaycan əsgərləri ilə birlikdə qeyd olunduğunu söyləyib. O, Gürcüstanda yaşayan azərbaycanlıların gürcü dilini bilməsinin vacibliyindən söz açaraq, bu istiqamətdə həyata keçirilən layihələrdən də danışıb.

Səmimi qəbula görə təşəkkür edən G.Doxturişvili Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 20 illiyi münasibətilə təbriklərini çatdırıb. O, iki ölkə arasında dostluq münasibətlərinin əsrlər boyu davam edən mehriban qonşuluq münasibətləri üzərində qurulduğunu söyləyib. Rəhbərlik etdiyi Kvemo Kartli regionunda yaşayan azərbaycanlıların Gürcüstan cəmiyyətinə inteqrasiyası üçün gürcü dilini bilməsinin vacibliyi ilə bağlı fikirlərə şərik olduğunu bildirən qubernator qeyd edib ki, onun təşəbbüsü ilə hər bir məktəbdə gürcü dili kursları açılıb. DİDK-nın həyata keçirdiyi layihələri yüksək qiymətləndirdiyini vurğulayan G.Doxturişvili Dövlət Komitəsinin rəhbərliyini qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi üçün Gürcüstana səfərə dəvət edib.

Qeyd edək ki, Gürcüstanda soydaşlarımızın kompakt yaşadığı bölgələrdə - Tbilisi şəhərində “Alyans” Gənclər Mərkəzi, Marneuli rayonunda Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi, Qardabani rayonunda Qardabani Gənclər Mərkəzi, Bolnisi rayonunda "Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi" və digər  mərkəzlər tərəfindən DİDK-nın dəstəyi ilə Azərbaycan dili, tarixi, ədəbiyyatı və gürcü dilinin tədrisi ilə yanaşı, bir sıra mühüm layihələr də həyata keçirilir. Bundan başqa, hüquqi problemlərlə qarşılaşan soydaşlarımız Tbilisidə komitənin dəstəyi ilə fəaliyyət göstərən “Qanun” Hüquqi Yardım Mərkəzinə müraciət edərək, təmənnasız hüquqi yardım almaq imkanına da malikdir.

Almaniyada hərbi sorğuya cavab verməyənlər 250 avro cəzalandırılacaq
Almaniyada hərbi sorğuya cavab verməyənlər 250 avro cəzalandırılacaq
Gələn ay 5 gün tətil olacaq - Tarixlər açıqlandı
Gələn ay 5 gün tətil olacaq - Tarixlər açıqlandı
Azərbaycanda payız yay havasına döndü
Azərbaycanda payız yay havasına döndü
Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?
Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?
Azərbaycan-İran sərhədinin tam nəzarətə götürülməsindən 6 il ötür
Azərbaycan-İran sərhədinin tam nəzarətə götürülməsindən 6 il ötür
“Bombaların nənəsi” və “raketlərin atası” - İranda nə baş verir?
“Bombaların nənəsi” və “raketlərin atası” - İranda nə baş verir?
Əhali azaldığı üçün 145 məktəb bağlanacaq: 2040-cı ilədək...
Əhali azaldığı üçün 145 məktəb bağlanacaq: 2040-cı ilədək...
Xırdalanda evi olanlar üçün vacib açıqlama: Qarşıdakı illərdə nə gözlənilir?
Xırdalanda evi olanlar üçün vacib açıqlama: Qarşıdakı illərdə nə gözlənilir?