veten informasiya agentliyi

Abituriyentlər üçün “İxtisas bələdçisi” forumu keçiriləcək

Tarix:30-06-2022, 18:24
Baxış Sayı:353

Abituriyentlər üçün “İxtisas bələdçisi” forumu keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən “İxtisas bələdçisi” forumu keçiriləcək.
 
8 iyul 2022-ci il tarixdə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) baş tutacaq Forumda ixtisas seçiminin hansı meyarlara əsasən edilməsi, abituriyentlərin kodlaşdırma zamanı diqqətli davranmalı olduğu məqamlar, prosesin psixoloji aspektləri və 5 ixtisas qrupuna daxil olan əsas ixtisaslar və onların gələcək perspektivləri haqqında ətraflı məlumatlar paylaşılacaq.
 
Forumda abituriyentlərlə yanaşı, 9-11-ci sinif şagirdləri və onların valideynləri iştirak edə bilərlər.

Forumun karyera planlaması və ixtisas qrupları üzrə mütəxəssislərin çıxışlarından ibarət panellərində müzakirələr aparılacaq.

Eyni zamanda, forum iştirakçıları Dövlət İqtisad Universitetinin inzibati binası ilə tanışlıq və tədris üsulları haqqında ümumi məlumatlandırma fürsəti əldə edəcəklər.
 
Forumun keçirilməsində əsas məqsəd iştirakçıları müasir əmək bazarının tələbləri barədə məlumatlandırmaq, abituriyentləri düzgün ixtisas seçimi etmələrinə dəstək verməkdir.

Forumda iştirak etmək üçün onlayn müraciət formasını doldurmaq tələb olunur.

Seçilmiş iştirakçıların elektron poçt ünvanlarına dəvət məktubu göndəriləcək.


Qeydiyyat linki: shorturl.at/msJQY
 
Son müraciət tarixi: 5 iyul 2022-ci il
 

Məhəmməd Salahın yaşayacağı küçəyə adı veriləcək
Məhəmməd Salahın yaşayacağı küçəyə adı veriləcək
Tələbələr üçün kirayə mənzil qiyməti 50-100 manat bahalaşdı
Tələbələr üçün kirayə mənzil qiyməti 50-100 manat bahalaşdı
DİN-dən əməliyyat: 68 cinayət açılıb, 103 axtarışda olan şəxs saxlanılıb
DİN-dən əməliyyat: 68 cinayət açılıb, 103 axtarışda olan şəxs saxlanılıb
Odessada yaşayış binası vuruldu: 17 yaralı var
Odessada yaşayış binası vuruldu: 17 yaralı var
Gömrükdə 654,9 karat brilyant tutuldu
Gömrükdə 654,9 karat brilyant tutuldu
Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər
Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər
DİN məktəblilər üçün təhlükəsizlik tədbirlərini gücləndirir
DİN məktəblilər üçün təhlükəsizlik tədbirlərini gücləndirir
Bakıdakı məktəblər dezinfeksiya edilir
Bakıdakı məktəblər dezinfeksiya edilir