veten informasiya agentliyi

Abşeron rayonunda yeni günərzi qayğı mərkəzi açıldı

Tarix:30-06-2022, 18:19
Baxış Sayı:116

Abşeron rayonunda yeni günərzi qayğı mərkəzi açıldı
Abşeron rayonunda yeni günərzi qayğı mərkəzi açıldı
Abşeron rayonunda yeni günərzi qayğı mərkəzi açıldı
Abşeron rayonunda yeni günərzi qayğı mərkəzi açıldı
Abşeron rayonunda yeni günərzi qayğı mərkəzi açıldı
Abşeron rayonunda yeni günərzi qayğı mərkəzi açıldı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən Abşeron rayonunda sağlamlıq imkanları məhdud olan 5-18 yaşlı uşaqlar üçün yeni günərzi qayğı mərkəzi açılıb.

Mərkəzin açılışında Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov xüsusi qayğıya ehtiyacı olan şəxslərin zəruri sosial xidmətlərlə əhatə olunması üçün icra olunan sosial proqramların getdikcə genişləndiyini vurğulayıb.

Qeyd olunub ki, hazırda Agentliyin müəssisələrində 600-dən çox uşağa müxtəlif sosial xidmətlər göstərilir.

Yeni günərzi qayğı mərkəzinin məqsədi də qeyd olunan kateqoriyadan olan uşaqların psixo-sosial reabilitasiyasına və cəmiyyətə inteqrasiyasına dəstək göstərilməsi, ailələrinin ehtiyac duyduqları sosial xidmətlərlə təmin edilməsidir.

Bu kimi tədbirlər həmin uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınmasına da dəstək olur.

Agentliyin sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 saylı sosial xidmət müəssisəsinin (Abşeron rayonu, Saray qəsəbəsi, M.Ə.Sabir küçəsi, 17) nəzdində yaradılan mərkəzə qəbul olunan uşaqlar həftənin beş günü saat 9:00-dan 18:00-dək sosial-məişət, tibbi-sosial, sosial-psixoloji və sosial-pedaqoji xidmətlərlə təmin olunacaqlar.

Həmçinin valideynlərə uşaqlara qulluğun təkmilləşdirilməsi üçün məsləhət xidmətləri göstəriləcək, valideynlik səriştəliliyinin gücləndirilməsi üçün təlim proqramları təşkil olunacaq. Mərkəz bütün zəruri avadanlıqlarla təchiz olunub.

Mərkəzin göstərdiyi xidmətlərdən yararlanmaq istəyənlər Sosial Xidmətlər Agentliyinin yerli qurumlarına, “DOST” mərkəzlərinə ərizə ilə müraciət edə bilərlər. Həmçinin Agentliyin 116123 “Qayğı” Çağrı Mərkəzinə zəng edərək göstərilən sosial xidmətlərlə bağlı məlumat almaq mümkündür.

İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
Səhiyyə Nazirliyi akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri Elbrus Rüstəmov: Xora xəstəliyindən xilas olmaq üçün qida rejimini pozmamaq, zərərli vərdişlərdən imtina və vaxtında həkimə müraciət etmək lazımdır

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Qazaxda narkokuryer saxlanılıb
Qazaxda narkokuryer saxlanılıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb