veten informasiya agentliyi

Azərbaycanlı dirijor Vyana orkestri ilə Fikrət Əmirovun əsərlərini ifa edib

Tarix:25-06-2022, 15:40
Baxış Sayı:303

Azərbaycanlı dirijor Vyana orkestri ilə Fikrət Əmirovun əsərlərini ifa edib
Azərbaycanlı dirijor Vyana orkestri ilə Fikrət Əmirovun əsərlərini ifa edib

Vyana şəhərində azərbaycanlı dirijor, bəstəkar və pianoçu Abuzər Manafzadənin diplom konserti keçirilib.

Vyana Musiqi Cəmiyyətinin Mədəniyyət Evinin “Qızıl zalı”nda baş tutan təntənəli konsertdə həmyerlimizin dirijorluğu ilə Vyana Radio Simfonik Orkestri dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Kürd Ovşarı” simfonik muğamı və “Azərbaycan kapriççiosu” əsərlərini ifa edib. Vyanada Azərbaycan klassik musiqisini təbliğ etmək kimi nəcib missiyanı həyata keçirən soydaşımız bu əsər seçimi ilə dahi bəstəkarın dünyada qeyd olunan 100 illik yubileyinə də öz töhfəsini verib.

Avstriyalı tamaşaçılar hər iki əsəri böyük maraq və alqışlarla qarşılayıblar.

Qeyd edək ki, beynəlxalq müsabiqələr laureatı Abuzər Manafzadə dünyada böyük nüfuza malik olan Vyana Musiqi və Səhnə Sənətləri Universitetinin dirijorluq fakültəsinin məzunu olub. O, Bakı Musiqi Akademiyasının və Türkiyənin Yedditəpə Universitetinin dosenti, Azərbaycanın əməkdar artisti İslam Manafovun oğlu, Azərbaycanın əməkdar artisti, pianoçu və dirijor Turan Manafzadənin qardaşıdır.

Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən Diaspor Gənclərinin I Yay Düşərgəsində və Dünya Azərbaycanlılarının V Qurultayında iştirak edib. “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalına layiq görülüb.  

Merts etiraf etdi: ABŞ Ukraynaya pul ayırmır, yük Avropanın üzərinə düşüb
Merts etiraf etdi: ABŞ Ukraynaya pul ayırmır, yük Avropanın üzərinə düşüb
“Azəriqaz” rəhbərliyi Ağcabədidə vətəndaşları qəbul edəcək
“Azəriqaz” rəhbərliyi Ağcabədidə vətəndaşları qəbul edəcək
Bakının Yeni Həyat küçəsində təmir işləri aparılacaq
Bakının Yeni Həyat küçəsində təmir işləri aparılacaq
ABŞ Qran Prisi təhlükədə - Məhkəmə iddiası qaldırıldı
ABŞ Qran Prisi təhlükədə - Məhkəmə iddiası qaldırıldı
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Avtobuslarda qulaqlıqdan istifadə etməyənlər cərimələnəcək
Avtobuslarda qulaqlıqdan istifadə etməyənlər cərimələnəcək
Ukrayna müharibəyə gündə nə qədər pul xərcləyir? - RƏQƏM AÇIQLANDI
Ukrayna müharibəyə gündə nə qədər pul xərcləyir? - RƏQƏM AÇIQLANDI
Azərbaycanda Qarabağ Milli Parkı yaradılır - SƏRƏNCAM
Azərbaycanda Qarabağ Milli Parkı yaradılır - SƏRƏNCAM