veten informasiya agentliyi

Ağstafa rayonunda növbəti Aqrar İnnovasiya Festivalı keçirilib

Tarix:25-06-2022, 15:39
Baxış Sayı:98

Ağstafa rayonunda növbəti Aqrar İnnovasiya Festivalı keçirilib
Ağstafa rayonunda növbəti Aqrar İnnovasiya Festivalı keçirilib
Ağstafa rayonunda növbəti Aqrar İnnovasiya Festivalı keçirilib
Ağstafa rayonunda növbəti Aqrar İnnovasiya Festivalı keçirilib
Ağstafa rayonunda növbəti Aqrar İnnovasiya Festivalı keçirilib
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Ağstafa rayonunda növbəti Aqrar İnnovasiya Festivalı keçirilib. Ağstafa Aqrar Sənaye Kompleksində keçirilən festivalda Elmi-Tədqiqat İnstitutlarının mütəxəssisləri, alimlər, fermerlər, rayon icra hakimiyyətinin məsul şəxsləri, aqrar sahədə fəaliyyət göstərən yerli şirkətlərin nümayəndələri iştirak ediblər.

Aqrar innovasiyaların təbliği və təşviqi, fermerlər və sahibkarlar arasında işgüzar əlaqələrin genişləndirilməsi istiqamətində keçirilən festivalda yerli şirkətlər innovativ suvarma texnikaları, müxtəlif təyinatlı çoxfunksiyalı dronlar, zərərvericilərə qarşı yeni mübarizə vasitələri, kənd təsərrüfatı üçün alternativ enerji mənbələri, həmçinin yeni təşəkkül tapmış yüksək məhsuldarlıq göstəricilərinə malik yem bitkiləri kimi innovativ məhsul və texnologiyalarını nümayiş etdirib.

Festival zamanı ölkədə aqrar sahədə fəaliyyət göstərən şirkətlərin mütəxəssisləri öz uğurlu təcrübələrini, eləcə də təsərrüfatlarında tətbiq etdikləri innovativ texnologiyalar ilə bağlı məlumatları panel müzakirəsində bölüşüblər. Həmçinin, festivalda aqrar innovasiya platforması vasitəsilə təqdimatı keçirilmiş icrası bitən “İri buynuzlu heyvanların nodulyar dermatit xəstəliyinin immunoterapiyası üçün toyuq yumurtası sarısından alınmış Y immunoglobulinlərin viruslara qarşı xüsusiyyətlərinin öyrənilməsi və spesifik immunoglobulin preparatının hazırlanması”, “Yem kalkulyatoru”, “Azolla”, “Kinoa”, “Amarant”, “Maralfalfa”, “Soxulcan gübrəsi istehsalı” layihələrin geniş kütləyə təqdimatı keçirilib.

Bununla yanaşı, festivalda ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) təşəbbüsü ilə “İxraca hazırlıq diaqnostikası, brendləşmə və məhsul strategiyasının hazırlanması” təlimi və “Peyk sistemi əsasında nəqliyyatın monitorinqi” mövzularında məlumat sessiyaları keçirilib.

İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
Səhiyyə Nazirliyi akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri Elbrus Rüstəmov: Xora xəstəliyindən xilas olmaq üçün qida rejimini pozmamaq, zərərli vərdişlərdən imtina və vaxtında həkimə müraciət etmək lazımdır

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Qazaxda narkokuryer saxlanılıb
Qazaxda narkokuryer saxlanılıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb