![]()
Gədəbəy rayonunun Novasaratovka kəndindən bir qrup sakin redaksiyamıza müraciət edərək kəndin sahə müvəkkili, bölmə rəisi Yaşar İsmayılovun özbaşınalıqları haqda danışıblar. Adlarının çəkilməsini istəməyən kənd sakinləri həyatlarını təhlükəyə atmamaq, bölmə rəisinin yersiz müdaxilə və kobudluqlarından ehtiyatlandıqları üçün bu addımı atıblar.
Sakinlər bildirirlər ki, iki ay öncə kəndə sahə müvəkkili təyin olunan Y. İsmayılovun hərəkətləri, özbaşçınalıqları təkcə qeyd edilən yaşayış massivinin deyil, yaxınlıqda yaşayan bütün sakibləri bezar edib. Onun yetənə-yetib, yetməyənə daş atması əndazəni aşıb.
“Bu, polis adını daşımağa qətiyyən haqqı olmayan şəxs əndazəni o qədər aşıb ki, Gədəby rayonu ərazində yerləşən hərbi hissələrdən birinin ərazisinə qanunsuz müdaxilə edərək oranı hasarladıbmış. Yerli icra strukturları polisin bu özbaşınalığının qarşısında aciz olduqları üçün heç bir addım ata bilməyiblər. Çünki onlar da bilirlər ki, burada mənəm, Bağdadda kor xəlifə” iddiası ilə yerlilərə zülm edən bu şəxsin hərəkətlərinə son qoymaq müşkülə çevrilib”-deyə kənd sakinləri bildirirlər.
Sakinlərin sözlərinə görə “bu, polis adını daşımağa qətiyyən haqqı olmayan şəxs” sahibkarları incidir, onların sənədlərinə məhəl qoymadan, işçiləri həbs etdirir, bölməyə apartdırır, sonra isə müəyyən danışıqlara gedərək istəyinə nail olur. “Halbuki Dövlətimiz, Cənab Prezidentimiz sahibkarlığın inkişafı, onun şaxələnməsi üçün bütün imkanlardan istifadə edir, şərait yaradır, dəstək olur. İndi polis adına ləkə olan belələrinin özbaşınalığı bu məsələdə də əngələ çevrilir, maksimum dərəcədə mane olmağa çalışır. Biz hansı zəmanədə, hansı dövrdə,hansı dövlətdə yaşayırıq? Bu, polis adına ləkə olan şəxsin dünyadan, ölkəmizdən xəbəri yoxdurmu? Görün iş nə yerə çatıb ki, polis kriminogen duruma nəzarət etməkdən, asayişin qorunub saxlanmasına məsul olmaqdansa, sənədləri, fəaliyyəti şəffaf olan sahibkarlarla diktə dilində, hədə-qorxu ritorikasında və küçə “razborkaları” stilində danışır.
Digər kənd sakinləri də etiraf edərlər ki, o iş saatlarında spirtli içki qəbul edir, sərxoş olduğu vaxtlarda isə qeyd edilən özbaşınalıqlarına daha da rəng qatır. Hətta gecə saatlarında qumar oynadığı, uduzduğu pulları isə yetim-yesirdən, sahibkarlardan toplamağa çalışır. Nəticədə böyük narazılıq yaranır.
“Hörmətli, media təmsilçiləri. Bizim Gədəbəy I Qarabağ müharibəsində yüzlərlə şəhid vermiş, düşmənə bir qarış da olsun torpaq verməmiş, əksinə düşmənləri öz ərazisindən qovub çıxarmış qəhrəmanlar diyarıdır. Həmin müharibədə onlarla polisimiz qəhrəmancasına şəhid olublar. Biz polis adının müqəddəsliyini, toxunulmazlığını gözəl anlayırıq.. Çünki dövlətçiliyimizin qorunub saxlanmasında, güclənməsində, əmin əllərdə olub inkişaf etməsində Ordumuz qədər polis işçilərimizin də müstəsna rolu var. Amma düşünürük ki, Yaşar İsmayılov kimilər bu ada ləkədilər. Hörmətli media işçiləri Sizdən, bu məlumatı lazımi orqanlara çatdırmağınızı, bizi polis reketin əlindən xilas etməyi xahiş edirik”