veten informasiya agentliyi

Fermerlər üçün “Aqro-Mən” müsabiqəsinə start verilir

Tarix:21-06-2022, 12:26
Baxış Sayı:8

Fermerlər üçün “Aqro-Mən” müsabiqəsinə start verilir

Azərbaycan Respublikası Hökumətinin maliyyə dəstəyi ilə Kənd Təsərrüfatı Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin (FAO) birgə əməkdaşlığı çərçivəsində “Aqro-Mən” müsabiqəsi keçirilir. Müsabiqənin təşkilatçıları Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA), FAO-Azərbaycan Ofisi və İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyidir (KOBİA).
Müsabiqənin əsas məqsədi regionlarda yaşayan gənclərin aqrar məşğulluğunun artırılmasına dəstək olmaq, aqraryönümlü, innovativ biznes təşəbbüslərini üzə çıxarmaqdır.Müsabiqə iştirakçıları təqdim edəcəkləri biznes planlara uyğun olaraq müvafiq aktivlərlə (alət və avadanlıq), o cümlədən müsabiqə tərəfdaşları tərəfindən göstəriləcək dəstək xidmətləri ilə təmin olunacaqlar.
Müsabiqənin şərtləri
• Layihə üzrə alınması nəzərdə tutulan avadanlığın maliyyə dəyəri maksimum 10 000 (on min) manat həcmində müəyyən edilir;
• Müsabiqədə 35 yaşa qədər regionlarda yaşayan gənc fermerlər iştirak edə bilərlər;
• Biznes ideyası kənd təsərrüfatı fəaliyyət sahəsinə aid olmalıdır;
• Müsabiqəyə təqdim edilən layihələr Azərbaycan dilində tərtib edilməlidir;
• Hər bir müraciətçi (fərdi və ya qrup halında) müsabiqə çərçivəsində yalnız 1 layihə təqdim etmək hüququna malikdir.
Sənəd qəbulu və məlumatlandırma
Müsabiqədə iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri elektron formada telman.askarov@fao.org ünvanına göndərməlidirlər:
Ərizə forması

Biznes layihəsi

Biznes planın maliyyə qiymətləndirilməsi

4. Müraciətçinin şəxsiyyətini təsdiq edən sənədin surəti;
5. Layihənin icra olunacağı təsərrüfatla bağlı müvafiq sənədlər (torpağın müraciətçinin mülkiyyətində, istifadəsində və ya icarəsində olmasına dair sənəd)
Sənəd qəbulu 8 iyul 2022-ci il saat 18:00-a kimi davam edəcək. Qeyd olunan vaxtdan sonra təqdim olunan müraciətlər nəzərə alınmayacaq. Müsabiqənin nəticələri haqqında məlumatlar tərəfdaşların rəsmi internet səhifələrində və kütləvi informasiya vasitələrində paylaşılacaq.

Əlaqə üçün: 012 5633269 (Daxili nömrə 112)

Məşğulluq xidmətlərinin təkmilləşdirilməsi üçün beynəlxalq təcrübə öyrənilir
Məşğulluq xidmətlərinin təkmilləşdirilməsi üçün beynəlxalq təcrübə öyrənilir
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri
DIN-nin keçirdiyi əməliyyatlar
DIN-nin keçirdiyi əməliyyatlar
Zərərvericilər və pestisidlərin idarə edilməsinə dair silsilə tədbirlər həyata keçirilib
Zərərvericilər və pestisidlərin idarə edilməsinə dair silsilə tədbirlər həyata keçirilib
Könül Nurullayeva: “Azərbaycan Qoşulmama Hərəkatının beynəlxalq arenada daha fəal rol oynamaq üçün platformaya çevrilməsini istəyir”
Könül Nurullayeva: “Azərbaycan Qoşulmama Hərəkatının beynəlxalq arenada daha fəal rol oynamaq üçün platformaya çevrilməsini istəyir”
İlahiyyat İnstitutunda antinarkotik dünyagörüşünün formalaşması məqsədilə seminar təşkil olunub
İlahiyyat İnstitutunda antinarkotik dünyagörüşünün formalaşması məqsədilə seminar təşkil olunub
Abituriyentlər üçün “İxtisas bələdçisi” forumu keçiriləcək
Abituriyentlər üçün “İxtisas bələdçisi” forumu keçiriləcək