veten informasiya agentliyi

Könül Nurullayeva AŞPA-da “Müxtəlifliyin və inklüzivliyin təşviqində siyasi partiyaların rolu” mövzusunda təkliflərini irəli sürüb

Tarix:20-06-2022, 18:05
Baxış Sayı:22

Könül Nurullayeva AŞPA-da “Müxtəlifliyin və inklüzivliyin təşviqində siyasi partiyaların rolu” mövzusunda təkliflərini irəli sürüb

“Müxtəliflik və inklüzivlik üzrə dialoq son bir neçə il ərzində əhəmiyyətli dərəcədə artıb və bu mövzu artıq gündəlik həyatımızın əsas mövzularından ərkəzlərindən birinə çevrilib. Cəmiyyətlərimiz daha da müxtəlif olmağa davam etdikcə, hər kəsin uğur qazanmasına imkan verən hörmət və iqtisadi imkanlara malik olması təmin edildiyi üçün inklüziv cəmiyyət yaratmaq istiqamətində işləmək daha da asanlaşır”.

Milli Məclisin deputatı Könül Nurullayeva AŞPA-nın yay sessiyası çərçivəsində “Müxtəlifliyin və inklüzivliyin təşviqində siyasi partiyaların rolu: irqçi olmayan cəmiyyət üçün yeni Xartiya” mövzusuna həsr olunmuş müzakirələrdə irəli sürdüyü təkliflər planında belə qeyd edib. O, diqqəti Azərbaycan təcrübəsinə yönəldib. Bildirib ki, Azərbaycan dünyanın ən tolerant ölkələrindən biri kimi hər zaman nümunə kimi göstərilir: “Azərbaycanda müxtəlif dinlərin və xalqların nümayəndələri qarşılıqlı hörmət və anlaşma şəraitində yaşayır və Azərbaycan parlamentində müxtəlif siyasi partiyaları təmsil edirlər. Bundan başqa, ölkəmizdə mövcud dini konfessiyaların dəstəklənməsi, mənəvi dəyərlərin qorunması, o cümlədən bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəzdində Mənəvi Dəyərlərin Təbliği Fondu fəaliyyət göstərir.”

Deputat təkliflər irəli sürərək vurğulayıb: “İlk olaraq, siyasi partiyaların öz təşkilatlarında müxtəlif səslərə yer ayırması və daha inklüziv qərar qəbul etmə təcrübəsi üçün hüquqi baza yaradılması daha məqsədəuyğun olardı. Bu cür mexanizmlər olduqca əhəmiyyətlidir, çünki siyasi partiyalar ictimai maraqların təmsil olunmasında, siyasi gündəmlərin formalaşdırılmasında və hökumət siyasətinin işlənib hazırlanmasında mühüm rol oynayırlar. Bu cür hüquqi bazanın yaradılması həm də siyasi partiyalara daha çox dəstək və vətəndaş etimadı qazanmağa kömək edə bilər.”

K.Nurullayeva həmçinin ənənəvi olaraq təcrid olunmuş və ya kifayət qədər təmsil olunmayan icmaların inklüzivliyini artırmaqda siyasi partiyalara kömək etmək üçün xüsusi yardım qruplarının yaradılmasını da təklif edib. Bildirib ki, bu cür qruplar partiyaları müxtəlif irqlərdən olan yeni seçiciləri cəlb etməyə və həmin seçicilər adından danışmaq, hərəkət etməyə imkan verən etibarlı vasitələrlə təmin edə bilər.

Məşğulluq xidmətlərinin təkmilləşdirilməsi üçün beynəlxalq təcrübə öyrənilir
Məşğulluq xidmətlərinin təkmilləşdirilməsi üçün beynəlxalq təcrübə öyrənilir
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri
DIN-nin keçirdiyi əməliyyatlar
DIN-nin keçirdiyi əməliyyatlar
Zərərvericilər və pestisidlərin idarə edilməsinə dair silsilə tədbirlər həyata keçirilib
Zərərvericilər və pestisidlərin idarə edilməsinə dair silsilə tədbirlər həyata keçirilib
Könül Nurullayeva: “Azərbaycan Qoşulmama Hərəkatının beynəlxalq arenada daha fəal rol oynamaq üçün platformaya çevrilməsini istəyir”
Könül Nurullayeva: “Azərbaycan Qoşulmama Hərəkatının beynəlxalq arenada daha fəal rol oynamaq üçün platformaya çevrilməsini istəyir”
İlahiyyat İnstitutunda antinarkotik dünyagörüşünün formalaşması məqsədilə seminar təşkil olunub
İlahiyyat İnstitutunda antinarkotik dünyagörüşünün formalaşması məqsədilə seminar təşkil olunub
Abituriyentlər üçün “İxtisas bələdçisi” forumu keçiriləcək
Abituriyentlər üçün “İxtisas bələdçisi” forumu keçiriləcək