veten informasiya agentliyi

Diasporla İş üzrə Dövlət Komitəsi və Qarabağ Dirçəliş Fondu arasında memorandum imzalanıb

Tarix:26-05-2022, 16:27
Baxış Sayı:302

Diasporla İş üzrə Dövlət Komitəsi və Qarabağ Dirçəliş Fondu arasında memorandum imzalanıb
Diasporla İş üzrə Dövlət Komitəsi və Qarabağ Dirçəliş Fondu arasında memorandum imzalanıb

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Qarabağ Dirçəliş Fondu arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Memorandumu Diasporla iş üzrə Dövlət Komitəsinin (DİSK) sədri Fuad Muradov və Qarabağ Dirçəliş Fondunun (QDF) İdarə Heyətinin sədri Rəhman Hacıyev imzalayıblar.

Memorandumun əsas məqsədi əməkdaşlıq çərçivəsində birgə layihələr və tədbirlər həyata keçirməklə, işğaldan azad edilmiş ərazilərin yüksək rifaha malik regiona çevrilməsinə töhfə verməkdir. Sənəd xaricdə yaşayan azərbaycanlılar, diaspor təşkilatları və digər xalqların nümayəndələri tərəfindən erməni işğalı nəticəsində Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən mədəni irsə, təbii sərvətlər və bioloji tərəfdaşlığa vurulan zərər haqqında dünya ictimaiyyətinin məlumatlandırılmasını, Qarabağda həyata keçirilən tədbirlərin və investisiya potensialının dəstəklənməsi məqsədilə ianəçiliyi, dövlət-özəl tərəfdaşlığının təsviq edilməsini əhatə edib.

Tədbirdə çıxış edən Komitə sədri xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının Qarabağda aparılan quruculuq işləri və Qarabağ Dirçəliş Fondunun fəaliyyəti barədə mütəmadi məlumatlandırılmasının vacibliyini vurğulayıb. Qeyd edilib ki, memorandumun əhatə etdiyi fəaliyyət istiqaməti Dünya Azərbaycanlılarının Şuşada keçirilmiş V Qurultayı zamanı müəyyənləşdirilən strategiyada da öz əksini tapıb. Təsadüfi deyil ki, Zəfər Qurultayının iki panelindən biri “Qarabağın bərpası və yenidən qurulmasında Azərbaycan diasporunun töhfələri” mövzusuna həsr olunub.

Qarabağ Dirçəliş Fondunun fəaliyyətə başladığı ilk gündən DİDK-dan dəstək gördüyünü deyən R.Hacıyev Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən Zəfər Qurultayında iştirakını və tədbir iştirakçıları ilə təmaslarını məmnunluqla xatırlayıb, diaspor təşkilatlarının rəhbərlik etdiyi fondla səmərəli əməkdaşlığına ümidvar olduğunu bildirib. Görüşdə Rəhman Hacıyev Fondun ötən ilin yekunlarına dair, eyni zamanda cari fəaliyyəti barədə məlumat verib.

Sonra birgə əməkdaşlıq çərçivəsində görülməsi nəzərdə tutulan layihələr barədə ətraflı fikir mübadiləsi aparılıb. Tərəflər bu əməkdaşlığın işğaldan azad edilən ərazilərdə dayanıqlı məskunlaşmaya, əlverişli həyat şəraitinin yaradılmasına töhfə verəcəyinə əminliklərini ifadə ediblər.

Qazın qiyməti UCUZLAŞDI
Qazın qiyməti UCUZLAŞDI
Müharibə bitsə, ruslar Ukraynaya sərbəst girə biləcək?
Müharibə bitsə, ruslar Ukraynaya sərbəst girə biləcək?
İranlı futbolçulara ABŞ vizası verilib
İranlı futbolçulara ABŞ vizası verilib
Qazıntı işləri zamanı xətt qırıldı - Ərazi qazsız qaldı
Qazıntı işləri zamanı xətt qırıldı - Ərazi qazsız qaldı
Trampdan İrana sərt mesaj
Trampdan İrana sərt mesaj
Azərbaycanda doğum böhranı dərinləşir - 5 ildən sonra bizi nə gözləyir?
Azərbaycanda doğum böhranı dərinləşir - 5 ildən sonra bizi nə gözləyir?
İran ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirdi
İran ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirdi
ABŞ mayda Hörmüz boğazından neçə gəminin keçməsinə kömək edib?
ABŞ mayda Hörmüz boğazından neçə gəminin keçməsinə kömək edib?