veten informasiya agentliyi

Dövlət Sosial Müdafiə Fondu daha bir beynəlxalq mükafata layiq görüldü

Tarix:4-05-2022, 13:30
Baxış Sayı:144

Dövlət Sosial Müdafiə Fondu daha bir beynəlxalq  mükafata layiq görüldü

Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Tallin şəhərində keçirilən Avropa Regional Sosial Təminat Forumunda Təşkilatın bir neçə ay əvvəl başlatdığı “BSTA-nın ən yaxşı təcrübəsinə görə mükafat” müsabiqəsinin nəticələri geniş auditoriyaya elan edilib.

Müsabiqədə iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu daha bir beynəlxalq uğura imza ataraq müsabiqənin diplomuna layiq görülüb.

Müstəqil beynəlxalq münsiflər heyətinin qərarına əsasən, Dövlət Sosial Müdafiə Fondu “Ən yaxşı mütərəqqi təcrübəni təsdiq edən xüsusi qeydli Fəxri Diplom”la təltif edilib.

Tədbirdə BSTA-nın Avropa məkanına aid 40-dan çox ölkənin 70-ə yaxın sosial təminat qurumu təmsil olunub.

Dövlət Sosial Müdafiə Fondunun müsabiqəyə təqdim etdiyi iş son illər ərzində sosial təminat sahəsində icra proseslərinin keyfiyyəti və çevikliyinin artırılaraq şəffaf, əhali üçün daha rahat, əlverişli xidmətlərin göstərilməsi, xidmətlərin rəqəmsal və proaktiv təqdim olunması, Fondun fəaliyyətinin “inzibati yanaşma” modelindən “vətəndaşlara xidmət” modelinə keçidinə uyğun yenidən təşkili, nəticədə vətəndaş məmnunluğuna nail olunması, sosial təminat sahəsində mərkəzləşdirmə islahatları ilə bağlı olub.

Fond bu il ərzində digər beynəlxalq qurumların – Böyük Britaniyanın “iESE – The Public Sector Transformation” Təşkilatının təşkil etdiyi “Dövlət sektorunda transformasiyaya görə beynəlxalq mükafat” müsabiqəsində iştirak edərək “2022-ci ilin Beynəlxalq Dövlət Qurumu” ali mükafatı, sosial təminat və innovasiyalar sahəsində səmərəli fəaliyyəti, dayanıqlı inkişaf sahəsində qabaqcıl metod və həll yollarına görə Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının Fəxri Fərmanı ilə təltif olunub.

İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
Səhiyyə Nazirliyi akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri Elbrus Rüstəmov: Xora xəstəliyindən xilas olmaq üçün qida rejimini pozmamaq, zərərli vərdişlərdən imtina və vaxtında həkimə müraciət etmək lazımdır

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Qazaxda narkokuryer saxlanılıb
Qazaxda narkokuryer saxlanılıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb