veten informasiya agentliyi

Yardımlı rayonunda fermerlərlə görüş keçirilib

Tarix:26-04-2022, 13:13
Baxış Sayı:353

Yardımlı rayonunda fermerlərlə görüş keçirilib
Yardımlı rayonunda fermerlərlə görüş keçirilib
Yardımlı rayonunda fermerlərlə görüş keçirilib

Bu il Yardımlı rayonunda 3500 hektar sahədə taxıl əkilib. Rayonda taxıl əkinləri ənənəvi olaraq dəmyə sahələrdə aparılır. Əvvəllər rayon sakinləri biçin dövründə texnika çatışmazlığı probemi ilə üzləşsələr də, son iki ildə bu çətinlik tam aradan qalxıb. Ölkəmizə “Aqroservis”ASC tərəfindən gətirilmiş ən müasir dağ kombaynları çətin relyefli ərazilərdə vaxtında və itkisiz biçin həyata keçirməyə imkan verir. 6 tin bunkeri olan kombayn 32 dərəcə hündürlük, 38 dərəcə meyllilikdə və 25 % nəmlikdə biçin apara bilir. Artıq iki ildir ki, Lerik, Yardımlı, Cəlilabad, Şəmkir, Tovuz, Gədəbəy, Şəki, Qusar, Xızı rayonlarının dağlıq ərazilərində bu cür komabynlarla biçin həyata keçirilir.
Bu fikirləri Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfail Quliyev Yardımlı rayonunda fermerlərlə görüşdə deyib. Onun sözlərinə görə, tam kompüterləşdirilmiş bu kombaynlar əkin təyinatlı olan, lakin əkilməyən torpaqların əkinə cəlb olunmasına şərait yaradır. Bununla da ən yüksək texnologiyalara əsaslanan müasir kombaynlar dağlıq və dağətəyi zonalarda taxılçılıq təsərrüfatlarının daha da inkişaf etdirməyə imkan verəcək.
Bildirilib ki, qlobal iqlim dəyişikliyi və atmosfer yağıntılarının azalması dəmyə əkinlərə kifayət qədər mənfi təsir göstərir. Bununla belə aqrotexniki qulluq tədbirlərinin düzgün aparılması sahələrdən əvvəlki illərdə olduğu qədər məhsul götürməyə imkan verir. Bu baxımdan digər rayonlarda olduğu kimi lerikli fermerlər də sahələrdə texnoloji xəritəyə uyğun olaraq aqrotexniki qulluq tədbirləri həyata keçirməlidir. Taxılçılıqda hazırda ən mühüm aqrotexniki qulluq tədbirlərindən biri gübrələmə prosesini başa çatdırmaq, zərərvericilərə qarşı mübarizə aparmaqdır. Alaq otlarına qarşı mübarizənin vaxtında aparılması məhsuldarlığın aşağı düşməsinin qarşısını alır, yekun nəticədə fermer daha bol məhsul əldə edir.
Bu il Lerikin taxıl sahələrində də fermerlər karbamid gübrəsindən daha çox istifadə edirlər. Gübrələmə prosesində bu ilki fərqli yanaşma taxılın inkişafına öz müsbət təsirini göstərir. Düzgün toxum seçimi, gübrənin sahələrə normativlərə uyğun verilməsi vacibdir və bununla bağlı fermerlər arasında maarifləndirmə işləri il boyu davam edir.
Fermerlərlə görüş zamanı zamanı taxıl sahələrində mövcud durum, suvarma məsələləri, gübrə ilə təminat, əkin sahələrində alaq otlarına və zərərvericilərə qarşı mübarizənin təşkili, bəyan prosesinin gedişi və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb, fermerlərin sualları ətraflı cavablandırılıb, səsləndirilən təkliflər qeydə alınıb.

Məhəmməd Salahın yaşayacağı küçəyə adı veriləcək
Məhəmməd Salahın yaşayacağı küçəyə adı veriləcək
Tələbələr üçün kirayə mənzil qiyməti 50-100 manat bahalaşdı
Tələbələr üçün kirayə mənzil qiyməti 50-100 manat bahalaşdı
DİN-dən əməliyyat: 68 cinayət açılıb, 103 axtarışda olan şəxs saxlanılıb
DİN-dən əməliyyat: 68 cinayət açılıb, 103 axtarışda olan şəxs saxlanılıb
Odessada yaşayış binası vuruldu: 17 yaralı var
Odessada yaşayış binası vuruldu: 17 yaralı var
Gömrükdə 654,9 karat brilyant tutuldu
Gömrükdə 654,9 karat brilyant tutuldu
Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər
Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər
DİN məktəblilər üçün təhlükəsizlik tədbirlərini gücləndirir
DİN məktəblilər üçün təhlükəsizlik tədbirlərini gücləndirir
Bakıdakı məktəblər dezinfeksiya edilir
Bakıdakı məktəblər dezinfeksiya edilir