veten informasiya agentliyi

“AQRAR SAHƏ BİZİM ÜÇÜN STRATEJİ SAHƏDİR”

Tarix:12-03-2022, 19:16
Baxış Sayı:646

“AQRAR SAHƏ BİZİM ÜÇÜN STRATEJİ SAHƏDİR”



Aqrar sahədə istehsalın və emal sənayesinin inkişafına dair bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanında deyilir: “Aqrar sektorda həyata keçirilən islahatlar və yeni çağırışlara uyğun strateji hədəflərin müəyyənləşdirilməsi kənd təsərrüfatının davamlı inkişafına əhəmiyyətli təsir göstərmişdir. Bu çərçivədə elektronlaşmanın tətbiqi, dövlət xidmətlərinin optimallaşdırılması, eləcə də səmərəli idarəetmə sisteminin qurulması aqrar sahədə keyfiyyət dəyişikliyini şərtləndirmiş və emal sənayesinin güclənməsi üçün əlverişli imkanlar yaratmışdır”. Vurğulandığı kimi Azərbaycanda keçirilən islahatlar fonunda böyük həcmli kompleks işlər sayəsində aqrar sektor yüksək inkişaf yolu qət etmişdir. Əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş, uzunmüddətli dövr üçün düşünülmüş iqtisadi siyasət Azərbaycanın uzunmüddətli rifahı üçün baza rolunu oynamışdır. Bu siyasətin sonrakı inkişafı və qlobal gücə çevrilməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən tərəqqinin, sosial rifahın və iqtisadi inkişafın təmin olunması kontekstində dünya əhəmiyyətli rola malik siyasi kurs dayanır. Dövlətimizin başçısının qəbul etdiyi siyasi qərarlar kənd təsərrüfatının inkişafı ilə bağlı qabaqcıl tənzimlənmə və dəstək mexanizmlərinin ölkəmizdə də geniş tətbiq olunmasına real zəmin yaradıb. Bu aspektdən bu gün kənd təsərrüfatında artım davamlı xarakter daşıyır. Aqrar sahədə təhlil, qiymətləndirmə və proqnozlaşdırmanın aparılması, sistemləşmə və kadr potensialının artırılması, beynəlxalq əlaqələrin və iqtisadi modelin seçilməsinə dəstək layihələrinin icrasına kömək üçün nazirliyin tabeliyində publik hüquqi şəxs statuslu Aqrar Tədqiqatlar Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyasının aqrar sahə üzrə elmi-tədqiqat institutları,  Aqrar Elm və İnnovasiya Mərkəzi, Dövlət Aqrar Ticarət Şirkəti, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) böyük rolu var. Aqrar sahənin inkişafı xalqın rifahının əsas təminatıdır. Buna görə bu sektor daim dövlətin diqqətindədir. Aqrar islahatların vacib istiqamətlərindən olan bazara çıxış imkanlarının daha da gücləndirilməsi və rəqabətin formalaşdırılması kontekstində Cənab Prezidentin Fərmanı əsasında Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrar tədarük və təchizat” ASC təsis edilib. 
Aqrar sektorun digər modelləri ilə yanaşı, aqrar elmin modernləşdirilməsi üçün çağdaş dünyanın vurğulanan kontekstdəki islahatları çərçivəsində elmi-tədqiqat institutları yaradılaraq, müasir avadanlıqlarla təmin olunmuş, torpaq, bitki və su analizi üzrə aqroekologiya və aqrokimya, genetika və seleksiya, ilkin toxumçuluq və tingçilik, xəstəlik və zərərvericilərə nəzarət laboratoriyaları yaradılıb, istixana və toxum emalı məntəqələri tikilib, müasir və məhsuldar meyvə bağları salınmışdır.
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) gənc alim və tədqiqatçıların elmi innovasiya potensialının artırılması, beynəlxalq arenaya inteqrasiya istiqamətində maraqlı layihələr, ikili diplom proqramları ilə çıxış edir. Bu istiqamətdə atılan addımlar beynəlxalq aqrar təcrübə fonunda ölkəmizin təcrübəsinin beynəlxalq arenaya daşınması məqsədi daşıyır. Azərbaycanda texnologiyanın son naliyyətlərinin yönəldildiyi kənd təsərrüfatının inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, öz növbəsində, aqrar sektorda istehsal göstəricilərinin artması ilə nəticələnib. Bu böyük və vacibli məsələdir. Aqrar sektorda istehsal göstəricilərinin artması o deməkdir ki, dövlət ərzağa olan daxili tələbatını əsasən öz potensialı və imkanları hesabına ödəyə bilir, bölgələrdə infrastruktur sahələrinin yaradılması və kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində əsaslı işlər görülüb. Azərbacanda aqrar sektorun inkişafına göstərilən dövlət qayğısı sayəsində regionlarda dövlət vəsaiti hesabına kənd təsərrüfatı üçün lazımi infrastruktur yaradılır, bu sahəyə investisiyalar qoyulur.
Aqrar sektorun inkişafını professional məcraya daşınmasında savadlı kadrların yetişdirilməsi məsələsi əsas rol oynayır. Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru AMEA-nın müxbir üzvü, professor  İbrahim Cəfərov qeyd edib ki, “1920-ci il noyabrın 13-də Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanovun imzaladığı qərarla 2-ci ali məktəb - Bakı Politexnik İnstitutu təsis edilmiş, onun nəzdində 5 fakültə, o cümlədən kənd təsərrüfatı fakültəsi yaradılmış, bununla da ölkəmizdə ilk dəfə ali kənd təsərrüfatı mütəxəssislərinin hazırlığına başlanılmışdır. Kənd təsərrüfatı fakültəsinin təşkili xalq mədəniyyətinin inkişafı tarixində çox mühüm mərhələ olmaqla Azərbaycanda ali kənd təsərrüfatı təhsilinin başlanğıc tarixi ilə yanaşı, eyni zamanda respublikada kənd təsərrüfatı elminin yaranması və təşəkkülünün başlanğıcı kimi tarixə daxil olmuşdur”.
Bu gün Azərbaycan Dövlət Aqrar Universitetində savadlı kadr hazırlığı üçün hər cür şərait yaradılmış, aqrar təhsili tədris edən professor-müəllim heyəti formalaşdırılmış, tədris-təlim korpusları, laborotoriyalar dünya standartlarına uyğun şəkildə qurularaq gərəkən maddi-texniki baza möhkəmləndirilmişdir. Universitet Prezident İlham Əliyevin aqrar sektora göstərdiyi hər cür diqqət və qayğının nəticəsində müasir infrastrukturu ixtisaslı kadrları, akademik heyəti ilə aqrar kadrlar hazırlayan ən böyük elm ocaqlarından birinə çevrilmişdir.
Aqrar sahənin inkişafı dövlət siyasətinin ən əsas prioritetlərindəndir. Ölkəmizdə aqrar sahə dinamik inkişaf yolu ilə zamanın tələbinə cavab verir. Kəmiyyətlə yanaşı keyfiyyətcə yeni mərhələyə doğru addımlayır. Bu misilsiz inkişaf Azərbaycan Respublikasının müzəffər Ali Baş Komandanı İlham Əliyevin kənd təsərrüfatına, bu sahədə çalışan bütün zəhmətsevər insanlara qarşı göstərdiyi böyük diqqət, sarsılmaz inam bir an belə azalmayan qayğı sayəsində mümkün olub. Bu da aqrar sektorun önəmini bir daha sübut edir.
Yazımı cənab prezidentimiz İlham Əliyevin fikirləri ilə yekunlaşdırmaq istəyirəm: “Aqrar sahə bizim üçün strateji sahədir”.

Lamiyə Quliyeva
Azərbaycan Dövlət Aqrar Universitetinin dosenti

Bu addımı atan 6 min manatadək cərimələnəcək - Nazirlikdən XƏBƏRDARLIQ
Bu addımı atan 6 min manatadək cərimələnəcək - Nazirlikdən XƏBƏRDARLIQ
Əlilliyə görə 244 mindən çox şəxs pensiya alıb
Əlilliyə görə 244 mindən çox şəxs pensiya alıb
Qubada 7 kiloqram marixuana aşkarlandı
Qubada 7 kiloqram marixuana aşkarlandı
Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa
Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa
Dünya uçurumun kənarında - Son 60 ilin ən qorxulu proqnozu
Dünya uçurumun kənarında - Son 60 ilin ən qorxulu proqnozu
Ötən həftə 9 meyit aşkarlandı
Ötən həftə 9 meyit aşkarlandı
Hərbi xidmətdən yayınanlar bu hüquqdan məhrum olunsun – Ukraynada çağırış
Hərbi xidmətdən yayınanlar bu hüquqdan məhrum olunsun – Ukraynada çağırış
Hərbi xidmətdən yayınanlar bu hüquqdan məhrum olunsun – Ukraynada çağırış
Hərbi xidmətdən yayınanlar bu hüquqdan məhrum olunsun – Ukraynada çağırış