veten informasiya agentliyi

Könül Nurullayeva Nizami rayonunda yerləşən məktəblərdəki vəziyyətlə maraqlanıb

Tarix:2-03-2022, 19:52
Baxış Sayı:510

Milli Məclisin deputatı Könül Nurullayeva təmsil etdiyi Nizami rayonunda yerləşən 220 saylı məktəb-liseyi, Milli Qəhrəman Yuri Kovalyov adına 229 saylı tam orta məktəbi, 312 və 328 saylı tam orta məktəblərdə olub.​ K.Nurullayeva məktəb direktorları Lətifə Əzizova, Vüsalə Məmmədova, Fidan Axundova və Asif Nəbiyev ilə görüşərək, cari məsələlərlə əlaqədar söhbət edib. Millət vəkili, eyni zamanda 229 saylı tam orta məktəbdə Birinci və İkinci Qarabağ müharibələrində vətən uğrunda şəhid olan igid oğullarımızın əziz xatirəsinə qoyulan abidəyə, eləcə də Milli Qəhrəman Yuri Kovalyovun şərəfinə ucaldılan büstə baş çəkib, onların müqəddəs ruhunu dərin hüznlə yad edib.
Nəzərinizə çatdıraq ki, Könül Nurullayeva görüşlər zamanı məktəblərdə rəhbərliyi, müəllimləri, valideynləri, o cümlədən şagirdləri narahat edən problemlərlə maraqlanıb, onların həlli istiqamətində lazımi addımlar atılacağını bildirib. Millət vəkili vurğulayıb ki, son zamanlar sosial şəbəkələrdə məktəblərdə şagirdlərin müəllim və sinif yoldaşlarına qarşı xoşagəlməz davranışlar nümayiş etdirməsi ilə bağlı məlumatlar yayılır. "Nizami rayonunda yerləşən məktəblərdə bu cür ciddi problemlərə rast gəlinməməsi müsbət haldır", - deyə o əlavə edib. Bildirib ki, heç kim bu cür hadisələrdən sığortalanmayıb. Məhz bu səbəbdən, məktəbdə baş verən neqativ hallarla bağlı bütün aidiyyəti qurumlar birgə çalışmalı, problemlərin çözülməsini təmin edəcək uyğun mexanizmlərin üzərində işləyib çıxış yolu tapmalıdırlar. Çünki bizim gələcəyimiz olan gənclərin sağlam ruhda böyüməsi, cəmiyyətə yararlı fərdlər kimi formalaşması olduqca vacibdir.
Görüşlərinin sonunda isə deputat Könül Nurullayeva öz adından məktəblərin müəllim heyətinə və şagirdlərinə təhsil həyatlarında yeni-yeni uğurlar arzu edib.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Ağdam şəhərinə daha 92 ailə yola salındı
Ağdam şəhərinə daha 92 ailə yola salındı