veten informasiya agentliyi

Haaqada Xocalı abidəsi ziyarət edilib

Tarix:28-02-2022, 11:35
Baxış Sayı:392

Haaqada Xocalı abidəsi ziyarət edilib
Haaqada Xocalı abidəsi ziyarət edilib
Haaqada Xocalı abidəsi ziyarət edilib
Haaqada Xocalı abidəsi ziyarət edilib
Haaqada Xocalı abidəsi ziyarət edilib

Niderlandda fəaliyyət göstərən Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Öncə tədbir iştirakçıları Haaqa şəhərində Xocalı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edən tədbir iştirakçıları abidənin önünə çiçək və əklillər düzüblər. Sonra Haaqa şəhər məscidinin imamı Şeyx Mehmet Olqun şəhidlərin ruhuna dualar oxuyub.

Abidənin yaxınlığındakı toplantı zalında davam etdirilən tədbirdə  Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinın sədri İlhan Aşqın, ölkəmizin Niderlanddakı fövqəladə və səlahiyyətli səfiri Fikrət Axundov və Azərbaycandan gələn qonaqlar Xocalı soyqırımının törədildiyi dövrü yada salıblar, gələcəkdə belə qətilamların təkrarlanmaması üçün bütün dünya xalqlarının birgə mübarizə aparmasının vacibliyini qeyd ediblər. Bir gecədə 613 mülki azərbaycanlının amansızlıqla qətlə yetirildiyi Xocalı soyqırımının müəlliflərinin indiyədək cəzasız qalmasına etiraz bildirilib.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40 ölkəsində Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar 150-yə yaxın tədbirin keçirilməsi nəzərdə tutulur.

Məhəmməd Salahın yaşayacağı küçəyə adı veriləcək
Məhəmməd Salahın yaşayacağı küçəyə adı veriləcək
Tələbələr üçün kirayə mənzil qiyməti 50-100 manat bahalaşdı
Tələbələr üçün kirayə mənzil qiyməti 50-100 manat bahalaşdı
DİN-dən əməliyyat: 68 cinayət açılıb, 103 axtarışda olan şəxs saxlanılıb
DİN-dən əməliyyat: 68 cinayət açılıb, 103 axtarışda olan şəxs saxlanılıb
Odessada yaşayış binası vuruldu: 17 yaralı var
Odessada yaşayış binası vuruldu: 17 yaralı var
Gömrükdə 654,9 karat brilyant tutuldu
Gömrükdə 654,9 karat brilyant tutuldu
Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər
Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər
DİN məktəblilər üçün təhlükəsizlik tədbirlərini gücləndirir
DİN məktəblilər üçün təhlükəsizlik tədbirlərini gücləndirir
Bakıdakı məktəblər dezinfeksiya edilir
Bakıdakı məktəblər dezinfeksiya edilir