veten informasiya agentliyi

Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin Füzuli rayonunda filialı yaradılacaq

Tarix:23-02-2022, 09:43
Baxış Sayı:430

 Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin Füzuli rayonunda filialı yaradılacaq


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin bu il Füzuli rayonunda filialı yaradılacaq.

Agentliyin hazırda paytaxtda fəaliyyət göstərən Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan uşaqlara stasionar şəraitdə zəruri sosial xidmətlər göstərilir.

Xüsusilə də həmin insanların normal həyat tərzinə qayıdışı, sosial adaptasiyası və reabilitasiyası işləri aparılır.

Burada hazırda 10-u oğlan, 15-i qız olmaqla 25 uşaq həmin xidmətlərdən yararlanır. Müəssisədə ötən il 68 uşağa sosial xidmətlər göstərilib.

Müəssisənin Füzuli rayonunda yaradılacaq filialına qəbul olunacaq uşaqlarla, həmçinin onların ailələri ilə xüsusi tərtib edilmiş fərdi qayğı planı əsasında iş aparılacaq.

Sosial işçilər, psixoloq, tibb işçisi, pedoqoq və tərbiyəçilər, dərnək rəhbərləri, musiqi və idman mütəxəssisləri müəssisədə qeyd olunan kateqoriyadan olan uşaqlara reabilitasiya yönümlü zəruri sosial xidmətlərin göstərilməsini təmin edəcək.

Merts etiraf etdi: ABŞ Ukraynaya pul ayırmır, yük Avropanın üzərinə düşüb
Merts etiraf etdi: ABŞ Ukraynaya pul ayırmır, yük Avropanın üzərinə düşüb
“Azəriqaz” rəhbərliyi Ağcabədidə vətəndaşları qəbul edəcək
“Azəriqaz” rəhbərliyi Ağcabədidə vətəndaşları qəbul edəcək
Bakının Yeni Həyat küçəsində təmir işləri aparılacaq
Bakının Yeni Həyat küçəsində təmir işləri aparılacaq
ABŞ Qran Prisi təhlükədə - Məhkəmə iddiası qaldırıldı
ABŞ Qran Prisi təhlükədə - Məhkəmə iddiası qaldırıldı
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Avtobuslarda qulaqlıqdan istifadə etməyənlər cərimələnəcək
Avtobuslarda qulaqlıqdan istifadə etməyənlər cərimələnəcək
Ukrayna müharibəyə gündə nə qədər pul xərcləyir? - RƏQƏM AÇIQLANDI
Ukrayna müharibəyə gündə nə qədər pul xərcləyir? - RƏQƏM AÇIQLANDI
Azərbaycanda Qarabağ Milli Parkı yaradılır - SƏRƏNCAM
Azərbaycanda Qarabağ Milli Parkı yaradılır - SƏRƏNCAM