veten informasiya agentliyi

Ukrayna XİN-ə Xocalı soyqırımının tanınması ilə bağlı prosedura başlamaq barədə müraciət olunub

Tarix:4-02-2022, 11:02
Baxış Sayı:369

Ukrayna XİN-ə Xocalı soyqırımının tanınması ilə bağlı prosedura başlamaq barədə müraciət olunub
Ukrayna XİN-ə Xocalı soyqırımının tanınması ilə bağlı prosedura başlamaq barədə müraciət olunub

Ukrayna Xarici İşlər Nazirliyinə Xocalı soyqırımının tanınması ilə bağlı prosedura başlamaq barədə müraciət olunub.

Müraciəti Ukrayna Ali Radasının deputatı, Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədr müavini Lyudmila Marçenko imzalayıb.

Müraciətdə bildirilir ki, Ukrayna Azərbaycanlıları Radasının həmsədri, “Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu”nun sədri Hikmət Cavadovun imzası ilə Ali Radaya daxil olan məktubda Xocalı soyqırımının tanınması məsələsi qaldırılıb.

Deputat qeyd edib ki, 30 il əvvəl Xocalıda baş verən hadisələr açıq-aydın soyqırımı əlamətlərini daşıyır. Bununla əlaqədar artıq bir çox ölkənin qanunverici orqanı və beynəlxalq təşkilatlar tərəfindən Xocalı soyqırımının bəşəriyyətə qarşı cinayət olduğu təsdiqlənib. “Xocalı faciəsinin soyqırımı kimi tanınması tarixi ədalətin bərpasına, Ukrayna və Azərbaycan arasında olan dostluq münasibətlərinə töhfə verəcək” – deyə müraciətdə bildirilir.

Lyudmila Marçenko öz deputat səlahiyyətlərindən istifadə edərək, xarici işlər naziri Dmitri Kulebadan soyqırımının tanınması proseduruna başlamağı xahiş edib.

Xatırladaq ki,  ötən ilin oktyabr ayında Milli Məclisin və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupu üzvlərinin Azərbaycana səfəri baş tutub. Səfər çərçivəsində Gəncə və Ağdama da gedən ukraynalı deputatlar səfərin nəticələrinə dair yaydıqları birgə bəyanatda erməni terrorunun nəticələrindən dəhşətə gəldiklərini, dünyanın bu terrorlara biganə qalmamalı olduğunu bildiriblər.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidməti

Merts etiraf etdi: ABŞ Ukraynaya pul ayırmır, yük Avropanın üzərinə düşüb
Merts etiraf etdi: ABŞ Ukraynaya pul ayırmır, yük Avropanın üzərinə düşüb
“Azəriqaz” rəhbərliyi Ağcabədidə vətəndaşları qəbul edəcək
“Azəriqaz” rəhbərliyi Ağcabədidə vətəndaşları qəbul edəcək
Bakının Yeni Həyat küçəsində təmir işləri aparılacaq
Bakının Yeni Həyat küçəsində təmir işləri aparılacaq
ABŞ Qran Prisi təhlükədə - Məhkəmə iddiası qaldırıldı
ABŞ Qran Prisi təhlükədə - Məhkəmə iddiası qaldırıldı
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Avtobuslarda qulaqlıqdan istifadə etməyənlər cərimələnəcək
Avtobuslarda qulaqlıqdan istifadə etməyənlər cərimələnəcək
Ukrayna müharibəyə gündə nə qədər pul xərcləyir? - RƏQƏM AÇIQLANDI
Ukrayna müharibəyə gündə nə qədər pul xərcləyir? - RƏQƏM AÇIQLANDI
Azərbaycanda Qarabağ Milli Parkı yaradılır - SƏRƏNCAM
Azərbaycanda Qarabağ Milli Parkı yaradılır - SƏRƏNCAM