veten informasiya agentliyi

Ismayıllıda Gənclər günü qeyd olunub

Tarix:2-02-2022, 17:33
Baxış Sayı:403

Ismayıllıda Gənclər günü qeyd olunub
Ismayıllıda Gənclər günü qeyd olunub
Ismayıllıda Gənclər günü qeyd olunub
Ismayıllıda Gənclər günü qeyd olunub
Ismayıllıda Gənclər günü qeyd olunub
Ismayıllıda Gənclər günü qeyd olunub
Ismayıllıda Gənclər günü qeyd olunub
Ismayıllıda Gənclər günü qeyd olunub


2 Fevral Gənclər Günü ilə bağlı İsmayıllı rayonunda tədbir keçirilib. Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsini və Şəhidlər Xiyabanını ziyarət ediblər.

Heydər Əliyev adına Mədəniyyət Mərkəzində davam etdirilən tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Rayon rəhbəri gəncləri bayram münasibətilə təbrik edərək qeyd edib ki, gənclərimizin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, gənc istedadlara dövlət qayğısının artırılması və bütövlükdə Dövlət Gənclər siyasətinin həyata keçirilməsi istiqamətində çox böyük işlər görülür.

O həmçinin Azərbaycan gəncinin vətənvərpərvərliyindən söz açmış, 44 günlük Vətən müharibəsində gənclərimizin göstərdiyi qəhrəmanlığın gələcək nəsillərə nümunə olacağını bildirmişdir.

Çıxış edənlər gənclərlə bağlı görülən işlərdən danışmış, gəncləri bayram münasibəti ilə təbrik etmiş, onlara uğurlar arzulamışlar.

Tədbirdə İsmayıllı rayon Gənclər və İdman İdarəsinin kollektivi 2 Fevral-Azərbaycan Gəncləri Günü münasibətilə və cari ildə uğurlu fəaliyyətinə görə “Təşəkkürnamə” ilə təltif edilib, həmçinin cari il ərzində fəallığı ilə seçilən gənclər və “Gənclər Həftəsi” çərçivəsində keçirilən tədbirlərin qalibləri İsmayıllı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom, fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Tədbir Gənclərin İnkişaf və Karyera Mərkəzinin İsmayıllı nümayəndəliyinin, İvanovka məktəblərinin və İsmayıllı Regional Mədəniyyət İdarəsinin hazırladığı musiqili proqramla davam etdirilib.

Azərbaycanın AQEM-ə sədrliyi beynəlxalq etimadın bariz nümunəsidir
Azərbaycanın AQEM-ə sədrliyi beynəlxalq etimadın bariz nümunəsidir
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
Azərbaycan Mətbuat Şurasından xəbərdarlıq!
Azərbaycan Mətbuat Şurasından xəbərdarlıq!
Makron üçün gerisayım başladı: Fransada sərt siyasi mübarizə yaxınlaşır
Makron üçün gerisayım başladı: Fransada sərt siyasi mübarizə yaxınlaşır
Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırıldı
Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırıldı
Rusiya ordusunda yeni bölmələr yaradılacaq: 2019-cu ildən bəri sınaqdan keçirilir
Rusiya ordusunda yeni bölmələr yaradılacaq: 2019-cu ildən bəri sınaqdan keçirilir
Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
Ölkənin dağılmasına imkan verməyəcəm - Tramp nədən narahatdır?
Ölkənin dağılmasına imkan verməyəcəm - Tramp nədən narahatdır?