veten informasiya agentliyi

“İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun materialları nəşr olunub

Tarix:12-01-2022, 14:17
Baxış Sayı:479

“İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun materialları nəşr olunub

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzi (IRCICA) və AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun birgə təşkilatçılığı ilə Bakıda təşkil olunan “İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun materialları çapdan çıxıb.
İki cilddən ibarət olan kitab Bakıda keçirilən “İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun materiallarını, İslam sivilizasiyasının təşəkkül və inkişafına dair məruzələri ehtiva edir. Simpoziumda 100-dən çox məruzəçi 11 paneldə – “Qafqazda İslamın yayılması”, “İslam mədəniyyətinin Qafqazda dini və ictimai-mədəni həyata təsiri”, “Qafqazda İslam elmlərinin inkişafı”, “Qafqazda İslam incəsənəti, memarlığı və ədəbiyyatı”, “Qafqazda multikulturalizm”, “Azərbaycanda tolerantlıq və multikultural ənənələrin möhkəmləndirilməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rolu”, “Qafqazda din təhsilində məscid, mədrəsə və xanəgahların rolu”, “Çar Rusiyasının Qafqazda İslam siyasəti”, “Qafqaz alimlərinin İslam dünyasında dəqiq, təbiət və humanitar elmlərin inkişafında rolu” mövzularında panellərdə çıxış edib.
Qeyd edək ki, İslamın Qafqazda yaşayan xalqların həyatındakı tarixi rolu və əhəmiyyətinə dərindən bələd olan ümummilli lider Heydər Əliyevin birbaşa təşəbbüsü və iştirakı ilə 1998-ci ilin 9-11 dekabr tarixlərində Bakıda keçirilən “İslam Sivilizasiyası Qafqazda” I Beynəlxalq Simpoziumu yenidən – 11-12 iyun 2019-cu il tarixdə keçirilib. Simpoziumun qarşısında duran əsas məqsəd Azərbaycan mədəniyyətinin əhəmiyyətini, onun mədəniyyətlərin kəsişməsindəki mövqeyini və mühüm cəhətlərini müzakirə obyektinə çevirməkdən ibarət olub.

NOVRUZ ASLANOV ZİYALILIĞI
NOVRUZ ASLANOV ZİYALILIĞI
Bu addımı atan 6 min manatadək cərimələnəcək - Nazirlikdən XƏBƏRDARLIQ
Bu addımı atan 6 min manatadək cərimələnəcək - Nazirlikdən XƏBƏRDARLIQ
Əlilliyə görə 244 mindən çox şəxs pensiya alıb
Əlilliyə görə 244 mindən çox şəxs pensiya alıb
Qubada 7 kiloqram marixuana aşkarlandı
Qubada 7 kiloqram marixuana aşkarlandı
Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa
Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa
Dünya uçurumun kənarında - Son 60 ilin ən qorxulu proqnozu
Dünya uçurumun kənarında - Son 60 ilin ən qorxulu proqnozu
Ötən həftə 9 meyit aşkarlandı
Ötən həftə 9 meyit aşkarlandı
Hərbi xidmətdən yayınanlar bu hüquqdan məhrum olunsun – Ukraynada çağırış
Hərbi xidmətdən yayınanlar bu hüquqdan məhrum olunsun – Ukraynada çağırış