veten informasiya agentliyi

Vahid əlaqələndirmə mərkəzlərinə 4700-dən çox şəhid ailəsi üzvü və Vətən müharibəsi iştirakçısı müraciət edib

Tarix:10-12-2021, 10:08
Baxış Sayı:339

Vahid əlaqələndirmə mərkəzlərinə 4700-dən çox şəhid ailəsi üzvü və Vətən müharibəsi iştirakçısı müraciət edib



Bakı şəhərində və Abşeron rayonundakı DOST Mərkəzlərində fəaliyyət göstərən vahid əlaqələndirmə mərkəzlərinə 4700-dən çox şəhid ailəsi üzvü və Vətən müharibəsi iştirakçısı müraciət edib.
Prezident İlham Əliyevin 2021-ci il 25 iyun tarixli Fərmanına əsasən yaradılan vahid əlaqələndirmə mərkəzləri şəhidlərimizin ailə üzvləri, müharibə əlilləri və Vətən müharibəsində xəsarət almış hərbi qulluqçulara əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza, reabilitasiya, müalicə, müayinə və s. sahələr üzrə xidmətlər göstərir.
Bu mərkəzlərdə hazırda 21 dövlət orqanı (6 mərkəzi, 15 yerli icra hakimiyyəti orqanı) tərəfindən 26 istiqamətdə xidmətlər “bir pəncərə”dən, operativ, şəffaf şəkildə, vətəndaş məmnunluğu prinsipi əsasında göstərilir. Hazırda ölkəmizin regionlarında da vahid əlaqələndirmə mərkəzlərinin yaradılması işləri aparılır.

Ötən dövrdə mərkəzlərə edilən müraciətlərin bölgüsü aşağıdakı kimidir:

• Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 1638 müraciət;
• Müdafiə Nazirliyi üzrə 1785 müraciət;
• Səhiyyə Nazirliyi üzrə 97 müraciət;
• Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti üzrə 224 müraciət;
• Yerli icra hakimiyyəti orqanları üzrə 243 müraciət;
• İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi üzrə 105 müraciət;
• Dövlət Sığorta Kommersiya Şirkəti üzrə 321 müraciət;
• Çağrı mərkəzi-142 vasitəsilə 288 müraciət.



Meşədən meyvə yığmaq hansı hallarda qadağandır? - ŞOK CƏRİMƏLƏR
Meşədən meyvə yığmaq hansı hallarda qadağandır? - ŞOK CƏRİMƏLƏR
Erməni şairin heykəli götürüldü, yol açılır - Bu kəndin qaytarılmasına hazırlıq gedir
Erməni şairin heykəli götürüldü, yol açılır - Bu kəndin qaytarılmasına hazırlıq gedir
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq
Bakıda Bal Yarmarkası başlayır
Bakıda Bal Yarmarkası başlayır
Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi
Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi
Qazaxıstan bu meyvənin ölkəyə gətirilməsini qadağan etdi
Qazaxıstan bu meyvənin ölkəyə gətirilməsini qadağan etdi
Məhəmməd Salahın yaşayacağı küçəyə adı veriləcək
Məhəmməd Salahın yaşayacağı küçəyə adı veriləcək
Tələbələr üçün kirayə mənzil qiyməti 50-100 manat bahalaşdı
Tələbələr üçün kirayə mənzil qiyməti 50-100 manat bahalaşdı