veten informasiya agentliyi

Könül Nurullayeva: “Azərbaycan Ordusu bir il əvvəl Laçın rayonunu hərbi yolla azad etmək gücündə idi”

Tarix:2-12-2021, 10:44
Baxış Sayı:294

Könül Nurullayeva: “Azərbaycan Ordusu bir il əvvəl Laçın rayonunu hərbi yolla azad etmək gücündə idi”

Azərbaycanın tarixi ərazilərindən biri - Laçın rayonu 1 dekabr 2020-ci ildə azad olundu. Döyüş meydanında ağır məğlubiyyətə uğrayan düşmən Laçından, eyni zamanda Kəlbəcər və Ağdamdan çıxmaqla bağlı təqvim verməyə məcbur oldu. Bu, hərbi qələbəmizin diplomatik müstəvidə davamı idi. Təbii ki, Azərbaycan Silahlı Qüvvələri digər ərazilərimiz kimi, Laçını, Kəlbəcəri, Ağdamı da hərbi yolla azad etmək gücündə idi və Ali Baş Komandan İlham Əliyevin də söylədiyi kimi, bununla bağlı bizim planlarımız var idi, biz ardıcıl şəkildə bu planlara doğru gedirdik. Sadəcə, rayonun çox mürəkkəb relyefi və sərt hava şəraiti səbəbindən böyük itkilərin olacağı qaçılmaz idi. Döyüş meydanında əldə edilmiş parlaq qələbə nəticəsində biz bu 3 rayonu bir güllə atmadan, itki vermədən azad etdik.
1992-ci ildə Laçın işğal edildikdən sonra Ermənistanla keçmiş Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaranırdı ki, bu da işğalçı üçün strateji baxımdan əlverişli idi. 28 illik işğal dövründə Ermənistan Cenevrə Konvensiyalarının bütün prinsiplərini pozaraq, Laçın rayonunda coğrafi adları dəyişdirmiş, rayonun təbii resurslarını talan etmiş, Suriyadan, Livandan olan erməniləri məqsədli şəkildə Laçında yerləşdirərək, qanunsuz məskunlaşma siyasəti aparmışdı. Lakin Laçının tarixini saxtalaşdırmaq cəhdləri boşa çıxdı və bu torpaqlar bu gün yenə əsl sahiblərindədir.
Son bir ildə azad olunmuş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri Laçın rayonunu da əhatə edir. Rayonun ərazisində əhəmiyyətli infrastruktur layihələri icra edilir. Təsadüfi deyil ki, azad edilmiş ərazilərimizdə istismara verilən ilk elektrik stansiyası generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyasıdır. Düşmən təkcə Laçın rayonu ərazisində 5 su elektrik stansiyasını dağıdıb. Müzəffər Ali Baş Komandan İlham Əliyev rayona səfəri zamanı bu stansiyaların hər birinin bərpa ediləcəyini bildirib.
Laçında inşa olunan beynəlxalq hava limanı isə ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına səbəb olacaq. Dövlət başçımızın da söylədiyi kimi, Laçın Beynəlxalq Hava Limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Olduqca mühüm strateji əhəmiyyətə malik olan Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Aeroportda 3 kilometrlik uçuş-enmə zolağının, 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur. Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşəcək hava limanı ətraf ərazilərə hava nəqliyyatı ilə gediş-gəlişi asanlaşdıracaq. Malik olduğu təbii sərvətlər burada dağ turizmin bir çox növlərini inkişaf etdirməyə imkan verəcək. Ən əsası, bütün keçmiş məcburi köçkün soydaşlarımız kimi Laçın sakinləri də öz doğma yurdunda əbədi yaşayacaq.

Ağsu rayonunda Novruz bayramı qeyd olunub
Ağsu rayonunda Novruz bayramı qeyd olunub
Şamaxı rayonunda Novruz bayramı qeyd olunub
Şamaxı rayonunda Novruz bayramı qeyd olunub
Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi tərəfindən şəhid ailələri ziyarət edilib
Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi tərəfindən şəhid ailələri ziyarət edilib
Novruz bayramına həsr edilən rəsm müsabiqəsi keçirilib
Novruz bayramına həsr edilən rəsm müsabiqəsi keçirilib
Qobustan rayonunda Novruz bayramı münasibəti ilə tədbir keçirilib
Qobustan rayonunda Novruz bayramı münasibəti ilə tədbir keçirilib
Taekvondo idman növü üzrə məşğələ keçirilmişdir
Taekvondo idman növü üzrə məşğələ keçirilmişdir
"Şən startlar" estafet yarışı keçirilib
“Şəhid Rəsulov Teymur Yavuz oğlunun xatirəsi”nə həsr olunmuş yeniyetmə oğlan və qızlar arasında stolüstü tennis üzrə rayon turniri keçirilib
“Şəhid Rəsulov Teymur Yavuz oğlunun xatirəsi”nə həsr olunmuş yeniyetmə oğlan və qızlar arasında stolüstü tennis üzrə rayon turniri keçirilib