veten informasiya agentliyi

İkili diplom proqramı çərçivəsində ADAU-da fəaliyyət göstərən alim mötəbər elmi mükafata layiq görülüb

Tarix:1-12-2021, 10:36
Baxış Sayı:479

İkili diplom proqramı çərçivəsində ADAU-da fəaliyyət göstərən alim mötəbər elmi mükafata layiq görülüb
İkili diplom proqramı çərçivəsində ADAU-da fəaliyyət göstərən alim mötəbər elmi mükafata layiq görülüb
İkili diplom proqramı çərçivəsində ADAU-da fəaliyyət göstərən alim mötəbər elmi mükafata layiq görülüb



Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Türkiyənin Ege Universiteti arasında 09.08.2021 tarixində imzalanan "İkitərəfli Əməkdaşlıq Protokolu"na əsasən Aqrar Universitetdə tədqiqat və təhsilin keyfiyyətini təkmilləşdirmə fəaliyyəti çərçivəsində fəaliyyət göstərən Ege Universitetinin professoru Jale Yanık Türkiyənin mötəbər elmi mükafatı sayılan “TUBİTAK elm mükafatı”na layiq görülüb.

Qeyd olunan mükafat TÜBİTAK tərəfindən hər il elmi və texnoloji sahələrdə tədqiqat və təkmilləşdirmə fəaliyyətlərini dəstəkləmək, alim və tədqiqatçıların yetişdirilməsi və inkişafı üçün imkanlar təmin etmək məqsədi ilə "TÜBİTAK Elm, Üstün xidmət və Təşviq Mükafatları" verilir.

2021-ci ildə isə TÜBİTAK İdarə Heyəti tərəfindən 3 Elm Mükafatı və 14 Təşviq Mükafatının verilməsi qərara alınıb. Elm mükafatına layiq görülən şəxslərdən biri də üzvi kimya elm sahəsində elmi tədqiqatlar aparan və hazırda ADAU-da ezamiyyətdə olan professor Jalə Yanık olub. O, “Enerji və yanacaq sahəsində tullantı və qalıqlardan istilik prosesləri ilə, qatı yanacaq, bio-yağ, hidrogen və adsorbent istehsalı üzrə yüksək keyfiyyətli beynəlxalq tədqiqatlara görə” bu elmi ada layiq görülüb.

Mükafatçıların elan olunmasından sonra ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov universitetin Elmi Şurasının üzvlərin də iştirakı ilə Jalə xanımla görüş keçirib, onu elmi mükafatı qazanması münasibəti ilə təbrik edərək və gələcək işlərində uğurlar arzulamışdır.

NOVRUZ ASLANOV ZİYALILIĞI
NOVRUZ ASLANOV ZİYALILIĞI
Bu addımı atan 6 min manatadək cərimələnəcək - Nazirlikdən XƏBƏRDARLIQ
Bu addımı atan 6 min manatadək cərimələnəcək - Nazirlikdən XƏBƏRDARLIQ
Əlilliyə görə 244 mindən çox şəxs pensiya alıb
Əlilliyə görə 244 mindən çox şəxs pensiya alıb
Qubada 7 kiloqram marixuana aşkarlandı
Qubada 7 kiloqram marixuana aşkarlandı
Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa
Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa
Dünya uçurumun kənarında - Son 60 ilin ən qorxulu proqnozu
Dünya uçurumun kənarında - Son 60 ilin ən qorxulu proqnozu
Ötən həftə 9 meyit aşkarlandı
Ötən həftə 9 meyit aşkarlandı
Hərbi xidmətdən yayınanlar bu hüquqdan məhrum olunsun – Ukraynada çağırış
Hərbi xidmətdən yayınanlar bu hüquqdan məhrum olunsun – Ukraynada çağırış