veten informasiya agentliyi

“Bacarıqların inkişafı təlimi” mövzusunda vorkşop keçirilib

Tarix:24-11-2021, 10:38
Baxış Sayı:24

“Bacarıqların inkişafı təlimi” mövzusunda vorkşop keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən “Bacarıqların inkişafı təlimi” mövzusunda vorkşop təşkil edilib.

İslam Əməkdaşlıq Təşkilatının İslam Ölkələrinin Statistik, İqtisadi və Sosial Tədqiqatlar və Təlim Mərkəzinin (SESRİC) təşkilati dəstəyi ilə İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin Məşğulluq Xidmətləri arasında imzalanan 2021-2022-ci illər üçün Fəaliyyət Planına əsasən keçirilən vorkşopda İslam Əməkdaşlıq Təşkilatına üzv olan 20 ölkənin Məşğulluq Xidmətlərindən 58 nümayəndə iştirak edib.

Tədbirin əsas məqsədi İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin Məşğulluq Xidmətlərinin texniki bacarıqlarının təkmilləşdirilməsidir.

İlk olaraq Agentliyin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, İslam Əməkdaşlıq Təşkilatının İslam Ölkələrinin Statistik, İqtisadi və Sosial Tədqiqatlar və Təlim Mərkəzinin (SESRİC) baş katibi Nebil Dabur və Türkiyə İş Qurumunun müdiri Oğuz Kağan Güldoğan çıxış edib. Daha sonra isə əmək bazarı gözləntiləri və reallıq, öyrənmə anlayışları, öyrənmə mühitinin formalaşdırılması, bacarıqların inkişaf etdirilməsi kimi mövzularda təqdimatlar keçirilib, mövzular ətrafında müzakirə aparılıb və müvafiq sahə üzrə təcrübələr bölüşülüb.

Millət vəkili Keşlə sakinlərinin problemlərini dinləyib
Millət vəkili Keşlə sakinlərinin problemlərini dinləyib
Könül Nurullayeva: “Azərbaycan Ordusu bir il əvvəl Laçın rayonunu hərbi yolla azad etmək gücündə idi”
Könül Nurullayeva: “Azərbaycan Ordusu bir il əvvəl Laçın rayonunu hərbi yolla azad etmək gücündə idi”
EKTİS-də payızlıq əkinlərin bəyanı davam edir – BÖLGƏLƏRDƏ MƏLUMATLANDIRMA SESSİYALARI
EKTİS-də payızlıq əkinlərin bəyanı davam edir – BÖLGƏLƏRDƏ MƏLUMATLANDIRMA SESSİYALARI
Könül Nurullayeva beynəlxalq tədbirdə Azərbaycanda qadınların ictimai-siyasi fəallığından danışıb
Könül Nurullayeva beynəlxalq tədbirdə Azərbaycanda qadınların ictimai-siyasi fəallığından danışıb
İkili diplom proqramı çərçivəsində ADAU-da fəaliyyət göstərən alim mötəbər elmi mükafata layiq görülüb
İkili diplom proqramı çərçivəsində ADAU-da fəaliyyət göstərən alim mötəbər elmi mükafata layiq görülüb
Bərdə və Tərtərdə müalicə aldığı ünvanı tərk edən koronavirus xəstələri müəyyən edilib
Bərdə və Tərtərdə müalicə aldığı ünvanı tərk edən koronavirus xəstələri müəyyən edilib
Maliyyə dələduzluq piramidası yaradaraq vətəndaşların pulunu ələ keçirən “Crowd-1” şirkətinin ölkə ərazisindəki mütəşəkkil dəstəsinin üzvləri saxlanılıblar
Maliyyə dələduzluq piramidası yaradaraq vətəndaşların pulunu ələ keçirən “Crowd-1” şirkətinin ölkə ərazisindəki mütəşəkkil dəstəsinin üzvləri saxlanılıblar
Dünya şöhrətli rəssama Azərbaycan vətəndaşlığı verildi
Dünya şöhrətli rəssama Azərbaycan vətəndaşlığı verildi