veten informasiya agentliyi

“Miqrasiya məktəbi - 4” layihəsi ilə bağlı müsabiqə elan edilib

Tarix:16-11-2021, 21:54
Baxış Sayı:31

“Miqrasiya məktəbi - 4” layihəsi ilə bağlı müsabiqə elan edilib



Dövlət Miqrasiya Xidməti (DMX) və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan Respublikasındakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Miqrasiya üzrə Regional Təlim Mərkəzi çərçivəsində həyata keçirilən “Miqrasiya Məktəbi - 4” layihəsi başlayır və bununla əlaqədar müsabiqə elan edilir.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, ali təhsil müəssisələrinin hüquqşünaslıq, politologiya, beynəlxalq münasibətlər, regionşünaslıq, şərqşünaslıq, tərcüməçilik, jurnalistika, dövlət idarəçiliyi və sosiologiya ixtisasları üzrə yuxarı kurslarda və ya magistr pilləsində təhsil alan, habelə ali təhsilini yeni bitirmiş gənclər Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Miqrasiya üzrə Regional Təlim Mərkəzi çərçivəsində həyata keçirilən “Miqrasiya Məktəbi – 4” layihəsində iştirak üçün dəvət olunur.
Məktəb barədə ətraflı məlumatı konsepsiya sənədindən əldə etmək mümkündür.
İştirakçılar proqram çərçivəsində miqrasiya sahəsində peşəkar biliklərə yiyələnmək, müasir miqrasiya trendləri və aidiyyəti beynəlxalq təşkilatlar barədə məlumat almaq, Azərbaycanda miqrasiyanın idarə olunması mexanizmi və hüquqi çərçivə ilə bağlı nəzəri və praktiki biliklər əldə etmək, eləcə də DMX-nin müvafiq struktur bölmələrində təcrübə keçmək imkanı qazanacaqlar.
Şərtlərə uyğun gələn, təlim proqramında iştirak etmək arzusu olan şəxslər CV və qeydiyyat forması təqdim etməlidirlər. İlkin seçimdən keçmiş şəxslər müsahibə üçün dəvət olunacaqlar.
Proqramda iştirak etmək üçün sənədlər bu il noyabrın 30-dək elektron poçt ([email protected]) vasitəsilə qəbul olunur.

Millət vəkili Keşlə sakinlərinin problemlərini dinləyib
Millət vəkili Keşlə sakinlərinin problemlərini dinləyib
Könül Nurullayeva: “Azərbaycan Ordusu bir il əvvəl Laçın rayonunu hərbi yolla azad etmək gücündə idi”
Könül Nurullayeva: “Azərbaycan Ordusu bir il əvvəl Laçın rayonunu hərbi yolla azad etmək gücündə idi”
EKTİS-də payızlıq əkinlərin bəyanı davam edir – BÖLGƏLƏRDƏ MƏLUMATLANDIRMA SESSİYALARI
EKTİS-də payızlıq əkinlərin bəyanı davam edir – BÖLGƏLƏRDƏ MƏLUMATLANDIRMA SESSİYALARI
Könül Nurullayeva beynəlxalq tədbirdə Azərbaycanda qadınların ictimai-siyasi fəallığından danışıb
Könül Nurullayeva beynəlxalq tədbirdə Azərbaycanda qadınların ictimai-siyasi fəallığından danışıb
İkili diplom proqramı çərçivəsində ADAU-da fəaliyyət göstərən alim mötəbər elmi mükafata layiq görülüb
İkili diplom proqramı çərçivəsində ADAU-da fəaliyyət göstərən alim mötəbər elmi mükafata layiq görülüb
Bərdə və Tərtərdə müalicə aldığı ünvanı tərk edən koronavirus xəstələri müəyyən edilib
Bərdə və Tərtərdə müalicə aldığı ünvanı tərk edən koronavirus xəstələri müəyyən edilib
Maliyyə dələduzluq piramidası yaradaraq vətəndaşların pulunu ələ keçirən “Crowd-1” şirkətinin ölkə ərazisindəki mütəşəkkil dəstəsinin üzvləri saxlanılıblar
Maliyyə dələduzluq piramidası yaradaraq vətəndaşların pulunu ələ keçirən “Crowd-1” şirkətinin ölkə ərazisindəki mütəşəkkil dəstəsinin üzvləri saxlanılıblar
Dünya şöhrətli rəssama Azərbaycan vətəndaşlığı verildi
Dünya şöhrətli rəssama Azərbaycan vətəndaşlığı verildi