veten informasiya agentliyi

Laçın qaziləri ZƏFƏR Günü bayramını belə qeyd etdilər

Tarix:16-11-2021, 12:03
Baxış Sayı:30

AQMƏVVŞAİB-nin sədri Babək Aslanovun rəhbərliyi ilə Zəfər Günü qeyd olundu. Xatırladaq ki, Laçın rayonundan olan Birinci Qarabağ müharibəsinin veteranları 2016-cı ilin Aprel döyüşlərində vətənin müdafiəsi üçün MN-müraciət edərək vətənin müdafiəsinə qalxmlşdılar. Hətta 67 nəfər qazi 2020-ci ilin iyul ayında baş vermiş Tovuz döyüşlərindən dərhal sonra Səfərbərlik Xidmətinə müraciət edərək düşmənin təxribat cəhdlərinə layiqli cavab vermək üçün ön cənbhəyə yollanmnaq arzularını ifadə etmişdilər.
Döyüşmək, vətəni işğalçılardan azad etmək arzusu ilə yaşayan bu qazilər nəhayət 27 sntyabrda Vətən Müharibəsi başlayan kimi yenidən müraciət etdilər. MN-yi də Qazilərin müraciətinə müsbət yanaşaraq onların da bu döyüşə qatılmasına qərar verdilər. 30 nəfər Qazi-döyüşçü şiddətli gedən döyüş əraizisini yaxşı tanıdıqları və xüsusi əməliyyatlarda iştirak etdiklərinə görə döyüşə cəlb olundu. 2020-ci ilin sentyabr ayının 27-də düşmənin cəbhədə törətdiyi təxribata cavab olaraq Azərbaycan ordusunun həyata keçirdiyi və torpaqlarımızın işığaldan azad olunması və şanlı qələbəmizlə nəticələnən Vətən müharibəsində iştirak etmək şərəfi onların istəklərini gerçəkləşdirdi. Onlar Cəbrayıl, Qubadlı, Laçın istiqamətində gedən döyüşlərdə şücaət göstərdilər, düşmənin canlı qüvvəsinin və ağır texnikasının məhv edilməsində iştirak etdilər. Verdikləri kəşfiyyat məlumatları əsasında Ordumuz düşmənin ən qaynar və vacib strateji məntəqələrini darmadağın edərək böyük qələbəyə nail olundu. Vətənə şərəfli xidmətlərinə görə, 30 nəfər qəhrəman döyüşçü Azərbaycan Respublikasının Prezidentinin sərəncamları ilə “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif olundular.
Bu bir həqiqətdir ki, Qələbə sevincindən bütün Azərbaycan xalqına olduğu kimi, keçmiş döyüşçülərin hamısına pay düşdü. Azərbaycan Qarabağ Müharibəsi Əlilləri Veteranları Və Şəhid Ailələri İctimai Birliyi Zəfər Günü bayramı ilə bağlı təşkil etdiyi tədbirdə qazilərə İctimai Birlik adından döş nişanları verildi. Bununla da Əli Hümbətov, Azər, Cümşüd, Əbülfət Muxtar müəllim və başqaları döş nişanı ilə təltif olundular.

Həmçinin tağımın ağsaqqalı sayılan Muxtar Həşimova xalça hədiyyə olundu. Xatırladaq ki, döyüşlərin getdiyi zaman bu tağımın bütün ərzaq və maddi təminatı AQMƏVVŞAİB-nin sədri Babək Aslanovun üzərinə düşmüşdür. Təəssübkeş alovlu vətənpərvər kimi tanınan Babək Aslanovla bağlı bir xatirəni döyüşçü dostlar yaxşı xatırlayırlar: General ondan soruşur ki, “siz əvvəlki müharibələrdə döyüşmüsünüz, qazi olmusunuz, yaxşı işiniz var, bəs indi nədən ötrü döyüşə gedirsiniz? O, başını dik tutaraq cavab verir: “Mən indi müqəddəs torpaqlarımız uğrunda şəhid olmaq arzusu ilə gedirəm”.
Amma şükürlər olsun ki, Babək Aslanov Müzəffər Ordunun qalib əsgəri kimi missiyasının başa vurub, yenidən məhsuldar fəaliyyətini davam etdirməkdədir. Onlar onu da bildirdilət ki, bu gün Zəfər bayramı ilə bahəm bizim hər birimizin yenidən doğulduğumuzun bir yaşının tamamıdır. Çünki bu müharibə namus, torpaq müharibəsiydi hər birimiz şəhid ola bilərdik, təəssüf ki, bu baş vermədi, amma yenidən doğulduq.
Qarabağ Azərbaycandır!

Subut Mehdiyev

Millət vəkili Keşlə sakinlərinin problemlərini dinləyib
Millət vəkili Keşlə sakinlərinin problemlərini dinləyib
Könül Nurullayeva: “Azərbaycan Ordusu bir il əvvəl Laçın rayonunu hərbi yolla azad etmək gücündə idi”
Könül Nurullayeva: “Azərbaycan Ordusu bir il əvvəl Laçın rayonunu hərbi yolla azad etmək gücündə idi”
EKTİS-də payızlıq əkinlərin bəyanı davam edir – BÖLGƏLƏRDƏ MƏLUMATLANDIRMA SESSİYALARI
EKTİS-də payızlıq əkinlərin bəyanı davam edir – BÖLGƏLƏRDƏ MƏLUMATLANDIRMA SESSİYALARI
Könül Nurullayeva beynəlxalq tədbirdə Azərbaycanda qadınların ictimai-siyasi fəallığından danışıb
Könül Nurullayeva beynəlxalq tədbirdə Azərbaycanda qadınların ictimai-siyasi fəallığından danışıb
İkili diplom proqramı çərçivəsində ADAU-da fəaliyyət göstərən alim mötəbər elmi mükafata layiq görülüb
İkili diplom proqramı çərçivəsində ADAU-da fəaliyyət göstərən alim mötəbər elmi mükafata layiq görülüb
Bərdə və Tərtərdə müalicə aldığı ünvanı tərk edən koronavirus xəstələri müəyyən edilib
Bərdə və Tərtərdə müalicə aldığı ünvanı tərk edən koronavirus xəstələri müəyyən edilib
Maliyyə dələduzluq piramidası yaradaraq vətəndaşların pulunu ələ keçirən “Crowd-1” şirkətinin ölkə ərazisindəki mütəşəkkil dəstəsinin üzvləri saxlanılıblar
Maliyyə dələduzluq piramidası yaradaraq vətəndaşların pulunu ələ keçirən “Crowd-1” şirkətinin ölkə ərazisindəki mütəşəkkil dəstəsinin üzvləri saxlanılıblar
Dünya şöhrətli rəssama Azərbaycan vətəndaşlığı verildi
Dünya şöhrətli rəssama Azərbaycan vətəndaşlığı verildi