veten informasiya agentliyi

Haaqa Sülh Sarayının qarşısında 10 saatlıq “Vətənə dəstək” aksiyası təşkil edilib

Tarix:21-10-2021, 19:52
Baxış Sayı:405

Haaqa Sülh Sarayının qarşısında 10 saatlıq “Vətənə dəstək” aksiyası təşkil edilib
Haaqa Sülh Sarayının qarşısında 10 saatlıq “Vətənə dəstək” aksiyası təşkil edilib
Haaqa Sülh Sarayının qarşısında 10 saatlıq “Vətənə dəstək” aksiyası təşkil edilib
Haaqa Sülh Sarayının qarşısında 10 saatlıq “Vətənə dəstək” aksiyası təşkil edilib

Niderland Krallığında yaşayan Azərbaycan icmasının təşkilatçılığı ilə Haaqa Sülh Sarayının önündə “Vətənə dəstək” aksiyası keçirilib.

Niderland–Belçika Koordinasiya Şurasının əlaqələndiricisi, “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Agamirzəyevanın çağırışı ilə gerçəkləşdirilən aksiyada Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov və üzvləri, Hollanda-Azərbaycan Türk Kültür Dərnəyinin sədri İlhan Aşkın, Azərbaycan-Niderland “Odlar Yurdu” Cəmiyyətinin sədri Firəngiz Bağırova, Avropa Azərbaycanlıları Media Qrupunun rəhbəri Emil Əliyev və Niderlandda yaşayan soydaşlarımız iştirak ediblər. Səhər saat 08:30-dan başlayan aksiya 10 saat - axşam saat 19:30-a qədər davam edib.

Beynəlxalq Ədalət Məhkəməsinin diqqətinin ölkəmizin haqlı və ədalətli mövqeyinə cəlb etmək istəyən həmvətənlərimiz Azərbaycanın dövlət bayrağını dalğalandırıblar, “Qarabağ Azərbaycandır!”, “Azərbaycan beynəlxalq hüquqa inanır”, “Ermənistanın mina müharibəsi Azərbaycana qarşıdır”, “Ermənistanın təcavüzkarlığını dayandırın!” və sair şüarların əks olunduğu plakatları nümayiş etdiriblər.

Qeyd edək ki, “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulmasına görə Azərbaycan dövlətinin Ermənistana qarşı iddiası ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində dinləmələr keçirilir. İddiada Ermənistanın məsuliyyətə cəlb edilməsi, Azərbaycana və xalqımıza vurduğu ziyanı ödəməsi tələb edilir.

Almaniyada hərbi sorğuya cavab verməyənlər 250 avro cəzalandırılacaq
Almaniyada hərbi sorğuya cavab verməyənlər 250 avro cəzalandırılacaq
Gələn ay 5 gün tətil olacaq - Tarixlər açıqlandı
Gələn ay 5 gün tətil olacaq - Tarixlər açıqlandı
Azərbaycanda payız yay havasına döndü
Azərbaycanda payız yay havasına döndü
Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?
Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?
Azərbaycan-İran sərhədinin tam nəzarətə götürülməsindən 6 il ötür
Azərbaycan-İran sərhədinin tam nəzarətə götürülməsindən 6 il ötür
“Bombaların nənəsi” və “raketlərin atası” - İranda nə baş verir?
“Bombaların nənəsi” və “raketlərin atası” - İranda nə baş verir?
Əhali azaldığı üçün 145 məktəb bağlanacaq: 2040-cı ilədək...
Əhali azaldığı üçün 145 məktəb bağlanacaq: 2040-cı ilədək...
Xırdalanda evi olanlar üçün vacib açıqlama: Qarşıdakı illərdə nə gözlənilir?
Xırdalanda evi olanlar üçün vacib açıqlama: Qarşıdakı illərdə nə gözlənilir?