veten informasiya agentliyi

Əməkdar artist “Nizami ili”nə fotosessiya həsr etdi

Tarix:15-10-2021, 20:14
Baxış Sayı:239

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının quruluşçu baletmeysteri, Əməkdar artist Emin Əliyev “Nizami ili” ilə bağlı maraqlı bir layihəni reallaşdırıb. Böyük şairin obrazında kameralar önünə keçən tanınmış xoreoqraf dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin həyatının müxtəlif anlarını yaratdığı obrazda əbədiləşdirmək arzusu ilə foto çəkilişlər edib.
“Qalib əsgər”, “Sarı gəlin” kimi layihələrin iştirakçısı və quruluşçu baletmeysteri kimi sosial şəbəkə platformalarının izləyiciləri tərəfindən maraqla qarşılanan Emin Əliyev bu fotosessiya ilə əfsanəyə dönmüş mütəfəkkir şairin sevimli obrazını bu günümüzlə səsləndirib, onu bizə daha yaxın etməyə çalışıb.
“Nizami Gəncəvinin parlaq irsi xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilib. Nizami yaradıcılığı əsrlərdən bəridir ki, şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus yer tutur. Prezidentimiz cənab İlham Əliyevin müvafiq sərəncamı ilə bu il Azərbaycanda “Nizami ili” elan olunub. Mən də bir yaradıcı şəxs kimi bu bayrama – Nizaminin 880 illik yubileyinə öz töhfəmi vermək istədim və təşəbbusum teatrımızın rəhbərliyi tərəfindən müsbət qarşılandı. Artıq foto-albom kimi yaradıcılıq işimin ilk mərhələsi başa çatıb. Albomun sonunda tamaşaçılar “Ardi var…” anonsunu oxuyurlar. Bəli, bu albomun ardı çox maraqlı bir klip olacaq. Xoreoqrafiya sənəti ilə Nizaminin əbədiyaşar sətirləri bir daha hər kəsin qəlbinə yol tapacaq. Biz gözəl bir söz, rəqs, musiqi nümunəsini vəhdətdə nümayiş etdirməyə çalışacağıq”, - deyə Emin Əliyev bu barədə açıqlamasında bildirib.
Çəkilişlər üzərində tanınmış fotoqraf Ramil Aslanov, qrim ustası Aysel Hüseynova, kostyumçu Aynişan Məmmədova işləyiblər.
Layihədə SSRİ Xalq artisti, görkəmli bəstəkar Fikrət Əmirovun “Nizami” simfoniyasından istifadə edilmişdir.
Qüdrətli söz və fikir ustadının sətirlərini Musiqili Teatrın gənc aktyoru, Prezident mükafatçısı Əmrah Dadaşov səsləndirmişdir.
Çəkilişlər “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda aparılmışdır. https://youtu.be/hq0_bKlmq5A

İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
Səhiyyə Nazirliyi akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri Elbrus Rüstəmov: Xora xəstəliyindən xilas olmaq üçün qida rejimini pozmamaq, zərərli vərdişlərdən imtina və vaxtında həkimə müraciət etmək lazımdır

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Qazaxda narkokuryer saxlanılıb
Qazaxda narkokuryer saxlanılıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb