veten informasiya agentliyi

Diaspor fəalı olan azərbaycanlı alim qızıl viza ilə təltif edilib

Tarix:14-10-2021, 12:18
Baxış Sayı:435

Diaspor fəalı olan azərbaycanlı alim qızıl viza ilə təltif edilib



Diaspor fəalı olan azərbaycanlı alim qızıl viza ilə təltif edilib

Birləşmiş Ərəb Əmirliklərində yaşayan azərbaycanlı alim, tibb üzrə fəlsəfə doktoru, ağız və üz-çənə cərrahiyyəsi üzrə mütəxəssis Sabrin Ali Azim tibb sahəsindəki xidmətlərinə görə BƏƏ-nin 10 illik qızıl vizası ilə təltif olunub.

“City University College of Ajman” təhsil ocağındakı ağız və üz-çənə cərrahiyyəsi kafedrasının professor assistenti vəzifəsində çalışan Sabrin Ali Azim bildirib ki, BƏƏ dövlət başçısının bu ölkədə fəaliyyət göstərən və xüsusi istedadı ilə seçilən insanlara 10 illik qızıl vizanın verilməsinə dair qərarına əsasən bu təltifə layiq görülüb.

Qeyd edək ki, Sabrin Ali Azim 2016-cı ildən etibarən BƏƏ-də fəaliyyət göstərir. Azərbaycan və BƏƏ ali məktəbləri arasında tibb və təlim sektorunda təcrübə mübadiləsini nəzərdə tutan müqavilələrin bağlanması təşəbbüsü ilə çıxış edib. Bu yaxınlarda Roma şəhərindəki “Catholic University of the Sacred Heart” Tibb Universitetinin müalicə-profilaktika fakültəsində ingilis dilində təlim keçib. Diaspor fəalı olan xanım soydaşımız “Azerbaijani Ladies Club” təşkilatının və Fransada fəaliyyət göstərən “Alim” Elmi Assosiasiyasının üzvüdür.

Meşədən meyvə yığmaq hansı hallarda qadağandır? - ŞOK CƏRİMƏLƏR
Meşədən meyvə yığmaq hansı hallarda qadağandır? - ŞOK CƏRİMƏLƏR
Erməni şairin heykəli götürüldü, yol açılır - Bu kəndin qaytarılmasına hazırlıq gedir
Erməni şairin heykəli götürüldü, yol açılır - Bu kəndin qaytarılmasına hazırlıq gedir
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq
Bakıda Bal Yarmarkası başlayır
Bakıda Bal Yarmarkası başlayır
Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi
Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi
Qazaxıstan bu meyvənin ölkəyə gətirilməsini qadağan etdi
Qazaxıstan bu meyvənin ölkəyə gətirilməsini qadağan etdi
Məhəmməd Salahın yaşayacağı küçəyə adı veriləcək
Məhəmməd Salahın yaşayacağı küçəyə adı veriləcək
Tələbələr üçün kirayə mənzil qiyməti 50-100 manat bahalaşdı
Tələbələr üçün kirayə mənzil qiyməti 50-100 manat bahalaşdı