veten informasiya agentliyi

Azərbaycan İlahiyyat İnstitutunun kafedra müdiri beynəlxalq elmi konfransda çıxış edib

Tarix:13-10-2021, 15:27
Baxış Sayı:21

Azərbaycan İlahiyyat İnstitutunun kafedra müdiri beynəlxalq elmi konfransda çıxış edib
Azərbaycan İlahiyyat İnstitutunun kafedra müdiri beynəlxalq elmi konfransda çıxış edib
Azərbaycan İlahiyyat İnstitutunun kafedra müdiri beynəlxalq elmi konfransda çıxış edib
Azərbaycan İlahiyyat İnstitutunun kafedra müdiri beynəlxalq elmi konfransda çıxış edib


Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Dillər və ictimai fənlər kafedrasının müdiri, dos. İlkin Əlimuradov Əlcəzair Xalq Demokratik Respublikasının Biskərə, Vəhran 1, Sidi Bilabbas universitetləri və Səudiyyə Ərəbistanı Krallığı Virtual Ədəbiyyat Məclisinin təşkilatçılığı ilə “Kombinativ praqmatika və onun ərəb dilinin tədrisində tətbiqi” mövzusuna həsr olunmuş onlayn formatda keçirilən beynəlxalq elmi konfransda iştirak edib.
Dosent İ.Əlimuradov “Azərbaycanda ərəb dilinin tədrisi: Azərbaycan İlahiyyat İnstitutunun nümunəsində” mövzusunda məruzə ilə çıxış edib. O, ərəb dilinin beynəlxalq dil, İslamın ana dili olması ilə yanaşı, milli irsimizin, xüsusilə Orta əsrlərdən başlayan tarixini araşdırmaqda mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Məruzəçi daha sonra ölkəmizdə müxtəlif orta və ali təhsil müəssisələrində ərəb dilinin tədrisi ilə bağlı əldə olunan nailiyyətlər və təcrübələrdən bəhs edib. İ.Əlimuradov konfrans iştirakçılarının diqqətini ərəb dilinin dini elmlərin, xüsusilə də İslam ilahiyyatının öyrənilməsindəki müstəsna roluna yönəldib, Azərbaycan İlahiyyat İnstitutunda bu dilin tədrisinə xüsusi əhəmiyyət verildiyini bildirib.
İ.Əlimuradov, həmçinin Azərbaycan İlahiyyat İnstitutu və onun uğurlu fəaliyyəti haqqında ətraflı məlumatları konfrans iştirakçılarının nəzərinə çatdırıb.

YAP Ağcabədi rayon təşkilatında Videokonfrans keçirilmişdir
YAP Ağcabədi rayon təşkilatında Videokonfrans keçirilmişdir
Kiyevdə Vətən müharibəsi ilə bağlı məlumatlandırıcı aksiya təşkil edilib
Kiyevdə Vətən müharibəsi ilə bağlı məlumatlandırıcı aksiya təşkil edilib
E L A N
E L A N
Azərbaycanda pambıq yığımı davam etdirilir
Azərbaycanda pambıq yığımı davam etdirilir
Azərbaycan İlahiyyat İnstitutunda Yeni Azərbaycan Partiyasının özək təşkilatının sədri seçilib
Azərbaycan İlahiyyat İnstitutunda Yeni Azərbaycan Partiyasının özək təşkilatının sədri seçilib
Əməkdar artist “Nizami ili”nə fotosessiya həsr etdi
Əməkdar artist “Nizami ili”nə fotosessiya həsr etdi
Media nümayəndələri Tərtərdə şəhid ailələri və qazilər üçün yaradılmış təsərrüfatlarla tanış olublar
Media nümayəndələri Tərtərdə şəhid ailələri və qazilər üçün  yaradılmış təsərrüfatlarla tanış olublar
Dövlət Məşğulluq Agentliyinin nümayəndə heyəti Litva Respublikasında səfərdədir
Dövlət Məşğulluq Agentliyinin nümayəndə heyəti Litva Respublikasında səfərdədir