veten informasiya agentliyi

Bölgə fermerlərinə payızlıq əkinlərlə bağlı maarifləndirici təlimlər davam edir

Tarix:12-10-2021, 15:13
Baxış Sayı:20

Bölgə fermerlərinə payızlıq əkinlərlə bağlı maarifləndirici təlimlər davam edir
Bölgə fermerlərinə payızlıq əkinlərlə bağlı maarifləndirici təlimlər davam edir
Bölgə fermerlərinə payızlıq əkinlərlə bağlı maarifləndirici təlimlər davam edir
Bölgə fermerlərinə payızlıq əkinlərlə bağlı maarifləndirici təlimlər davam edir

Dövlət Toxum Fondu və Əkinçilik, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu ilə birgə növbəti təlim Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) keçirilib.
Təlimin məqsədi payızlıq əkinlərə qulluğun səmərəliliyini yüksəltmək üçün fermerləri məlumatlandırmaq, həmçinin payızlıq əkinlərə hazırlıq işləri ilə əlaqədar görüləcək aqrotexniki tədbirlərin gecikməməsi üçün mütəxəssis tövsiyələrini vermək olub.
Təlimdə Dövlət Toxum Fondunun mütəxəssisləri, Əkinçilik, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutlarının alimləri, bölgə fermerləri, toxumçular, təsərrüfat rəhbərləri iştirak ediblər.
Təlimdə iştirak etmiş fermerlərə payızlıq taxıl səpinində aqrotexniki tədbirlərin vaxtında və düzgün aparılması, bölgədə kənd təsərrüfatı bitkilərindən yüksək məhsul alınmasını təmin edən becərmə texnologiyalarının tətbiq edilməsi və səpinin yüksək keyfiyyətlə aparılmasına nail olmaq üçün elmi nəaliyyətlər barədə məlumat verilib. Bölgənin torpaq-iqlim şəraitinə uyğun sortların seçilməsi və tətbiqi, müasir torpaq becərmələri, tətbiq olunan sortlar, səpinin elmi əsaslarla aparılma qaydaları, səpin müddəti, səpin norması və s. haqqında məsləhətlər verilib.
Təlimdə fermerləri maraqlandıran suallar ətraflı cavablandırılıb və geniş müzakirələr aparılıb, maarifləndirici kitabçalar paylanılıb.
Qeyd edək ki, növbəti təlim-seminarların Ağcabədi və Şəki rayonlarında keçirilməsi nəzərdə tutulub.

YAP Ağcabədi rayon təşkilatında Videokonfrans keçirilmişdir
YAP Ağcabədi rayon təşkilatında Videokonfrans keçirilmişdir
Kiyevdə Vətən müharibəsi ilə bağlı məlumatlandırıcı aksiya təşkil edilib
Kiyevdə Vətən müharibəsi ilə bağlı məlumatlandırıcı aksiya təşkil edilib
E L A N
E L A N
Azərbaycanda pambıq yığımı davam etdirilir
Azərbaycanda pambıq yığımı davam etdirilir
Azərbaycan İlahiyyat İnstitutunda Yeni Azərbaycan Partiyasının özək təşkilatının sədri seçilib
Azərbaycan İlahiyyat İnstitutunda Yeni Azərbaycan Partiyasının özək təşkilatının sədri seçilib
Əməkdar artist “Nizami ili”nə fotosessiya həsr etdi
Əməkdar artist “Nizami ili”nə fotosessiya həsr etdi
Media nümayəndələri Tərtərdə şəhid ailələri və qazilər üçün yaradılmış təsərrüfatlarla tanış olublar
Media nümayəndələri Tərtərdə şəhid ailələri və qazilər üçün  yaradılmış təsərrüfatlarla tanış olublar
Dövlət Məşğulluq Agentliyinin nümayəndə heyəti Litva Respublikasında səfərdədir
Dövlət Məşğulluq Agentliyinin nümayəndə heyəti Litva Respublikasında səfərdədir