veten informasiya agentliyi

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi yaradılır

Tarix:6-10-2021, 12:44
Baxış Sayı:506

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi yaradılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclası olub.
Şuranın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanı ilə yaradılan DOST Agentliyi və DOST mərkəzlərinin fəaliyyətindən bəhs edib.
O, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyasının dövlət sosial xidmətlərinin "bir pəncərə"dən, operativ, tam şəffaf və müasir, innovativ əsasda, nəzakətli şəkildə təqdim edilməsinə imkan yaratdığını vurğulayıb.
Qeyd olunub ki, 2019-cu ilin may ayından bəri DOST Agentliyi və bundan sonra 5 DOST mərkəzi açılıb, paytaxtın bütün rayonları və Abşeron rayonu DOST xidmətləri ilə əhatə olunub. 155 xidmətin təqdim edildiyi həmin mərkəzlərdə ötən dövrdə 537 min vətəndaşa xidmət göstərilib və həmin xidmətlərdən vətəndaşların məmnunluq səviyyəsi 98,2 faizdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, BMT İnkişaf Proqramı və BMT Əhali Fondu tərəfindən birgə icra olun “Əlilliyi olan qadınların və Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsi” layihəsi çərçivəsində yaradılan İnklüziv İncəsənət Məktəbindən danışılıb. Bildirilib ki, 4 saylı Bakı DOST Mərkəzində yerləşən bu məktəbdə əlilliyi olan tələbələrə əlilliyi olmayan tələbələrlə birlikdə rəsm, toxuculuq və ağac üzərində oymaçılıq üzrə bilik və bacarıqlar öyrədilir.
Ümumilikdə inklüziv inkişaf və yaradıcılığa dəstək verən, əlilliyi olan şəxslərin yardıcılıq imkanlarının genişlənməsi və cəmiyyətə tanıdılmasına öz töhfəsini verən bu fəaliyyətin çevrəsinin bütün DOST mərkəzləri üzrə genişlənməsi nəzərdə tutulur.
Bu məqsədlə də DOST Agentliyində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi yaradılması qərara alınıb.

NOVRUZ ASLANOV ZİYALILIĞI
NOVRUZ ASLANOV ZİYALILIĞI
Bu addımı atan 6 min manatadək cərimələnəcək - Nazirlikdən XƏBƏRDARLIQ
Bu addımı atan 6 min manatadək cərimələnəcək - Nazirlikdən XƏBƏRDARLIQ
Əlilliyə görə 244 mindən çox şəxs pensiya alıb
Əlilliyə görə 244 mindən çox şəxs pensiya alıb
Qubada 7 kiloqram marixuana aşkarlandı
Qubada 7 kiloqram marixuana aşkarlandı
Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa
Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa
Dünya uçurumun kənarında - Son 60 ilin ən qorxulu proqnozu
Dünya uçurumun kənarında - Son 60 ilin ən qorxulu proqnozu
Ötən həftə 9 meyit aşkarlandı
Ötən həftə 9 meyit aşkarlandı
Hərbi xidmətdən yayınanlar bu hüquqdan məhrum olunsun – Ukraynada çağırış
Hərbi xidmətdən yayınanlar bu hüquqdan məhrum olunsun – Ukraynada çağırış