veten informasiya agentliyi

Bölgələrdə payızlıq əkinlərlə bağlı fermerlərə maarifləndirici təlimlər keçirilir

Tarix:5-10-2021, 18:02
Baxış Sayı:438

Bölgələrdə payızlıq əkinlərlə bağlı fermerlərə maarifləndirici təlimlər keçirilir
Bölgələrdə payızlıq əkinlərlə bağlı fermerlərə maarifləndirici təlimlər keçirilir
Bölgələrdə payızlıq əkinlərlə bağlı fermerlərə maarifləndirici təlimlər keçirilir
Bu gündən Dövlət Toxum Fondu və Əkinçilik Elmi-Tədqiqat İnstitutunun birgə tərəfdaşlığı ilə respublikanın müxtəlif bölgələrində payızlıq əkin mövsümünə hazırlıq məqsədilə fermerlərin maarifləndirilməsi ilə bağlı təlim-seminarların keçirilməsinə start verilib. “Payızlıq əkinlərdə toxum seçimi və aqrotexniki qulluğun göstərilməsi” mövzusunda ilk seminar-təlim Qobustan Toxum Emalı Zavodunda baş tutub.
Dövlət Toxum Fondunun şöbə müdiri Akif Əkbər bildirib ki, fermerlər yüksək məhsul əldə etmək üçün toxumun səpin keyfiyyətinə xüsusi diqqət yetirirlər. Bugünkü təlim bölgələrə uyğun sortların seçilməsinin əhəmiyyəti, toxumla yayıla bilən xəstəliklər və onlara qarşı mübarizə tədbirlərinin aparılması, istehsal olunan toxumun kondisiyaya çatdırılması və digər mövzuları əhatə edib.
Hazırda respublikamızın hər yerində, o cümlədən dəmyə bölgələrdə dənli bitkilər üzrə ilkin toxumçuluğun inkişaf etdirilməsi istiqamətində mühüm işlər aparılır. Bölgədə fermerlərin əkin sahələrində daha çox becərilən buğda va arpa sortları haqqında seminar iştirakçılarına ətraflı məlumat verilib. Fermerlərə əkin materialı kimi yalnız sertifikatlı toxumdan istifadə etmək, toxum seçimi zamanı torpaq-iqlim xüsusiyyətlərini nəzərə almaq, istehsal prosesində aqrotexniki qulluq qaydalarına tam şəkildə riayət etmək tövsiyə olunub. Bildirilib ki, mövcud torpaq və su ehtiyatları fonunda taxılçılıqda orta məhsuldarlığın artırılması yerli şəraitə uyğun toxum seçimindən və düzgün aqrotexniki qulluqdan asılıdır.
Seminarda Dövlət Reyestrində qeydiyyatda olan sortlar və sertifikatlaşdırılmış toxumların tətbiqi, toxum istehsalı məqsədi ilə əkilmiş sahəyə aqrotexniki qulluğun göstərilməsi, müxtəlif bölgələrə uyğun arpa və buğda sortlarının əldə edilməsi, məhsuldar və quraqlığa davamlılığı, növbəli əkin sisteminin tətbiqi mövzularında təqdimatlar keçirilib. Təlimin sonunda fermer və toxumçulara maarifləndirici kitabçalar paylanılıb, fikir mübadiləsi aparılıb, fermerlərin sualları cavablandırılıb.
Qeyd edək ki, növbəti təlim-seminar oktyabrın 7-də Tovuzda təşkil olunacaq.

İranda ballistik raketlərin hazırlanması təklif edilib
İranda ballistik raketlərin hazırlanması təklif edilib
Azərbaycanda boşanmaların ən çoxu 10–19 illik nikahlarda qeydə alınır
Azərbaycanda boşanmaların ən çoxu 10–19 illik nikahlarda qeydə alınır
Moskvadan İrəvana xəbərdarlıq ardınca xəbərdarlıq: Tədbir görmək istəmirik, amma...
Moskvadan İrəvana xəbərdarlıq ardınca xəbərdarlıq: Tədbir görmək istəmirik, amma...
Ondan çox ölkə tələb edir: Rusların Avropaya axınının qarşısını alın
Ondan çox ölkə tələb edir: Rusların Avropaya axınının qarşısını alın
​Avropa Parlamenti "Google”dan imtina etdi
​Avropa Parlamenti
SON DƏQİQƏ! Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu: Ölənlər var
SON DƏQİQƏ! Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu: Ölənlər var
DİM imtahan verəcək abituriyentlərlə bağlı məlumat yaydı
DİM imtahan verəcək abituriyentlərlə bağlı məlumat yaydı
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı