![]()
![]()
![]()
![]()
Sentyabr ayının 27-də Ağcabədi rayonunda anım günü ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir.
Əvvəlcə YAP Ağcabədi rayon təşkilatının aparat işçiləri və YAP fəallarının iştirakı ilə Ağcabədi rayonunun Şəhidlər parkında vətən uğrunda canından keçən şəhidlərin məzarları ziyarət edilmiş, abidə önünə tər çiçəklər düzərək, onların əziz xatirəsi ehtiramla yad edilmişdir.
Sonra YAP Ağcabədi rayon təşkilatının təşkilatçılığı ilə “Böyük Zəfər” mövzusunda Videokonfrans keçirilmişdir.
Videokonfransı YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov açaraq məruzə etmişdir.
Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, YAP Veteranlar Şurasının üzvü Tahir Rzayev, YAP fəalı İbrahim Həsənov, Şəhər 1 saylı ərazi ilk təşkilatının sədri Səadət Kazımova, II Qarabağ müharibəsinin iştirakçısı Muxdar Hüseynov, Şəhid atası Sabir Sultanov çıxış edərək, Zəfər Müharibəsinin başlanması, Qazanılan Qələbə, İqtidar-Ordu-Xalq birliyinin tərənnümçüsü Ali Baş Komandanı cənab İlham Əliyevin bir sərkərdə kimi fəaliyyətindən danışmış, şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləmişlər.[right][/right]