veten informasiya agentliyi

Deputat seçiciləri ilə görüşdü

Tarix:24-09-2021, 15:25
Baxış Sayı:429

Deputat seçiciləri ilə görüşdü
Deputat seçiciləri ilə görüşdü
Deputat seçiciləri ilə görüşdü
Deputat seçiciləri ilə görüşdü

Sentyabr ayının 23-də millət vəkili Novruz Aslanov İsmayıllı rayonuna növbəti səfərini edib. Öncə rayon icra hakimiyyətinin başçısı Nahid Bağırovla birgə şəhidlər xiyabanını, şəhid Famil Əhmədzadənin məzarını ziyarət etmişlər. Onun doğum gününü qeyd etməyə İsmayıllı rayonundan olan şəhidlərin valideynləri, qohumları, rayon ictimaiyyətinin nümayəndələri də gəlmişlər. Sonra şəhid Famil Əhmədzadənin adını daşıyan küçəyə baş çəkilmiş, yaşadığı evdə onun keçdiyi şərəfli yolu əks etdirən ev muzeyi ilə tanış olmuşlar. Daha sonra Talıstan kəndində şəhid Səməd Hüseynzadənin ailəsinə baş çəkərək atasıının vəfatı ilə əlaqədar başsağlığı vermişlər.
Günün ikinci yarası Novruz Aslanov İsmayılı şəhərindəki ofisində sanitar-epidemioloji tələblərə riayət olunaraq seçicilərinin qəbulunu keçirmişdir. 40-a yaxın seçicinin iştirak etdiyi qəbulda əsasən sosial yönümlü məsələlər müzakirə olunmuş, bir neçə məsələ yerindəcə həll edilmiş, digər məsələlər qeydə alınaraq əlaqədar qurumlara göndərilməsi nəzərdə tutulmuşdur.
Sakinlərlə söhbətində millət vəkili 44 günlük müharibədə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi zəfər qazanan ordumuzun qəhrəman əsgər və zabit heyətinin sarsılmaz iradəsini, qələbə əzmini və yüksək döyüş məharətinin bütün dünyaya nümayiş etdirdiyini xüsusilə vurğulamışdır. Həmçinin, Vətən Müharibəsində bütün bölgələrdən olan igid oğullarımızla yanaşı İsmayıllıların da qəhrəmanlıqlarından söhbət açan deputat şəhid ailələrinə və müharibə iştirakçılarına dövlətin göstərdiyi qayğıdan söhbət açmışdır.




Almaniyada hərbi sorğuya cavab verməyənlər 250 avro cəzalandırılacaq
Almaniyada hərbi sorğuya cavab verməyənlər 250 avro cəzalandırılacaq
Gələn ay 5 gün tətil olacaq - Tarixlər açıqlandı
Gələn ay 5 gün tətil olacaq - Tarixlər açıqlandı
Azərbaycanda payız yay havasına döndü
Azərbaycanda payız yay havasına döndü
Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?
Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?
Azərbaycan-İran sərhədinin tam nəzarətə götürülməsindən 6 il ötür
Azərbaycan-İran sərhədinin tam nəzarətə götürülməsindən 6 il ötür
“Bombaların nənəsi” və “raketlərin atası” - İranda nə baş verir?
“Bombaların nənəsi” və “raketlərin atası” - İranda nə baş verir?
Əhali azaldığı üçün 145 məktəb bağlanacaq: 2040-cı ilədək...
Əhali azaldığı üçün 145 məktəb bağlanacaq: 2040-cı ilədək...
Xırdalanda evi olanlar üçün vacib açıqlama: Qarşıdakı illərdə nə gözlənilir?
Xırdalanda evi olanlar üçün vacib açıqlama: Qarşıdakı illərdə nə gözlənilir?