veten informasiya agentliyi

Vahid əlaqələndirmə mərkəzlərinə 700-ə yaxın şəhid ailəsi üzvü və qazi müraciət edib

Tarix:20-09-2021, 19:34
Baxış Sayı:513

Vahid əlaqələndirmə mərkəzlərinə 700-ə yaxın şəhid ailəsi üzvü və qazi müraciət edib


Bakıdakı DOST Mərkəzlərindəki vahid əlaqələndirmə mərkəzlərinə ötən dövrdə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibədə xəsarət almış hərbi qulluqçular və müharibə əlillərindən ibarət 687 şəxs müraciət edib.
Prezident İlham Əliyevin 2021-ci il 25 iyun tarixli Fərmanı ilə yaradılan vahid əlaqələndirmə mərkəzlərində şəhid ailələri və qazilərə əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza, reabilitasiya, müalicə, müayinə və s. sahələr üzrə 7 quruma aid 26 xidmət “bir pəncərə”dən, operativ və şəffaf şəkildə, vətəndaş rahatlığı və məmnunluğu prinsipi əsasında göstərilir.
İlkin mərhələdə bu mərkəzlər Bakıdakı DOST Mərkəzlərində avqustun 23-dən fəaliyyətə başlayıb.
Mərkəzlərə edilən müraciətlərin bölgüsü aşağıdakı kimi olub:

• Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 84 müraciət;
• Müdafiə Nazirliyi üzrə 363 müraciət;
• Səhiyyə Nazirliyi üzrə 21müraciət;
• Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti üzrə 46 müraciət;
• Yerli icra hakimiyyəti orqanları üzrə 60 müraciət;
• İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi üzrə 20 müraciət;
• Dövlət Sığorta Kommersiya Şirkəti üzrə 93 müraciət.


Xatırladaq ki, vahid əlaqələndirmə mərkəzləri:

• Yasamal,Səbail və Qaradağ rayonları üzrə 1 saylı Bakı DOST Mərkəzində (Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 86),
• Xəzər və Pirallahı rayonları üzrə 2 saylı Bakı DOST Mərkəzində (Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küç., 30 b),
• Nizami, Xətai, Sabunçu və Suraxanı rayonları üzrə 3 saylı Bakı DOST Mərkəzində (Nizami rayonu, Heydər Əliyev prospekti, 183 b.),
• Binəqədi, Nəsimi və Nərimanov rayonları üzrə 4 saylı Bakı DOST Mərkəzində (Binəqədi rayonu, Ziya Bünyadov prospekti, 31-03)
fəaliyyət göstərir.

NOVRUZ ASLANOV ZİYALILIĞI
NOVRUZ ASLANOV ZİYALILIĞI
Bu addımı atan 6 min manatadək cərimələnəcək - Nazirlikdən XƏBƏRDARLIQ
Bu addımı atan 6 min manatadək cərimələnəcək - Nazirlikdən XƏBƏRDARLIQ
Əlilliyə görə 244 mindən çox şəxs pensiya alıb
Əlilliyə görə 244 mindən çox şəxs pensiya alıb
Qubada 7 kiloqram marixuana aşkarlandı
Qubada 7 kiloqram marixuana aşkarlandı
Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa
Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa
Dünya uçurumun kənarında - Son 60 ilin ən qorxulu proqnozu
Dünya uçurumun kənarında - Son 60 ilin ən qorxulu proqnozu
Ötən həftə 9 meyit aşkarlandı
Ötən həftə 9 meyit aşkarlandı
Hərbi xidmətdən yayınanlar bu hüquqdan məhrum olunsun – Ukraynada çağırış
Hərbi xidmətdən yayınanlar bu hüquqdan məhrum olunsun – Ukraynada çağırış