veten informasiya agentliyi

Novruz Aslanov Qarabağa səfər etdi

Tarix:15-09-2021, 14:11
Baxış Sayı:413

Novruz Aslanov Qarabağa səfər etdi
Novruz Aslanov Qarabağa səfər etdi
Novruz Aslanov Qarabağa səfər etdi
Novruz Aslanov Qarabağa səfər etdi
Novruz Aslanov Qarabağa səfər etdi

13-14 sentyabr 2021-ci il tarixdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) prezidenti, millət vəkili Novruz Aslanovun rəhbərlik etdiyi Cəmiyyətin nümayəndə heyəti Qarabağa səfər edib. Səfərin məqsədi işğaldan azad olunmuş Füzuli, Cəbrayıl rayonlarına və Ağdam şəhərinə dəymiş humanitar zərərin qiymətləndirilməsi, gələcəkdə AzQAC-ın digər rayonlarında məskunlaşmış yerli ofislərinin həmin bölgələrə köçürülməsi məsələsini nəzərdən keçirmək olub. Novruz Aslanov Füzuli, Cəbrayıl, Ağdam rayonlarının icra hakimiyyəti başçıları, həmçinin Prezidentin Ağdam üzrə xüsusi nümayəndəsi Emin Hüseynovla görüşmüş, onlarla humanitar sahədə gələcək perspektivlər barədə fikir mübadiləsi aparmışdır. Novruz Aslanovun həmin rayonların yerli bölmələrinin könülləri ilə də görüşü olmuş və İkinci Qarabağ müharibəsi dövründə öz üzərilərinə düşən humanitar missiyanı layiqincə yerinə yetirdiklərinə görə onlara təşəkkür etmişdir.
Nümayəndə heyəti Cəbrayıl və Füzuli rayonlarında mina təhlükəsinin olması səbəbini nəzərə alaraq, təhlükəsiz ərazilərə gedərək erməni vandallığının canlı şahidi olublar. Ağdam şəhərində məscidi və Şahbulaq qalasını ziyərət edib, sürətlə gedən bərpa işləri ilə tanış olmuşlar.
Novruz Aslanov bildimişdir ki, qısa müddətdə Qarabağda həyata keçirilən bərpa-tikinti işlərində bütün əlaqədar qurumların əməkdaşları yorulmadan və çox böyük həvəslə çalışırlar. Bu mənzərəni görmək bizim üçün qürurvericidir. Cənab Prezident İlham Əliyevin vurğuladığı əsas məsələlərdən biri də tezliklə köçkünlərimizin öz yurdlarına qayıtmasıdır və bunun üçün dövlətimiz bütün resurslarını səfərbər edib.

Almaniyada hərbi sorğuya cavab verməyənlər 250 avro cəzalandırılacaq
Almaniyada hərbi sorğuya cavab verməyənlər 250 avro cəzalandırılacaq
Gələn ay 5 gün tətil olacaq - Tarixlər açıqlandı
Gələn ay 5 gün tətil olacaq - Tarixlər açıqlandı
Azərbaycanda payız yay havasına döndü
Azərbaycanda payız yay havasına döndü
Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?
Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?
Azərbaycan-İran sərhədinin tam nəzarətə götürülməsindən 6 il ötür
Azərbaycan-İran sərhədinin tam nəzarətə götürülməsindən 6 il ötür
“Bombaların nənəsi” və “raketlərin atası” - İranda nə baş verir?
“Bombaların nənəsi” və “raketlərin atası” - İranda nə baş verir?
Əhali azaldığı üçün 145 məktəb bağlanacaq: 2040-cı ilədək...
Əhali azaldığı üçün 145 məktəb bağlanacaq: 2040-cı ilədək...
Xırdalanda evi olanlar üçün vacib açıqlama: Qarşıdakı illərdə nə gözlənilir?
Xırdalanda evi olanlar üçün vacib açıqlama: Qarşıdakı illərdə nə gözlənilir?