veten informasiya agentliyi

Keşlə sakinlərinin 30 illik problemi həll olundu

Tarix:3-09-2021, 15:20
Baxış Sayı:621

Keşlə sakinlərinin  30 illik problemi həll olundu
Keşlə sakinlərinin  30 illik problemi həll olundu
Keşlə sakinlərinin  30 illik problemi həll olundu
Keşlə sakinlərinin  30 illik problemi həll olundu
Nizami rayonu Keşlə qəsəbəsinin sakinlərinin həyatı üçün illərdir böyük təhlükə yaradan problem artıq həllini tapıb. Söhbət 30 ildən çoxdur 100-dən çox mənzilin üzərindən keçən yüksək gərginlikli elektrik xətlərindən gedir. Bu barədə Milli Məclisin deputatı Könül Nurullayeva məlumat verib. Bildirib ki, Nizami rayonu Keşlə qəsəbəsi, N.Abdullayev küçəsi 4/44 ünvanında seçicilərlə keçirdiyi görüşlər zamanı sakinlər qarşılaşdıqları bir sıra problemlərin həll edilməsi üçün köməklik göstərilməsini xahiş ediblər: “Sakinləri ən çox narahat edən problemlərdən biri 30 ildən çoxdur 100-dən çox mənzilin üzərindən yüksək gərginlikli elektrik xətlərinin yeraltına keçirilməsi idi. Məsələ ilə bağlı “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədova müraciət etdim. V.Əhmədov müraciətimə operativ reaksiya verərək “Azərişıq” ASC-nin mütəxəssislərinin iştirakı ilə qeyd olunan ünvana baxış keçirdi və  yüksək gərginlikli elektrik xətlərinin yer altına keçirilməsi üçün yerindəcə göstəriş verdi”. Könül Nurullyeva qeyd edib ki, bu proses kifayət qədər maliyyə vəsaiti tələb etməsinə baxmayaraq, “Azərişıq” problemin operativ şəkildə həllini təmin edəcək. K.Nurullayeva sakinlərin təhlükəsizliyinə xüsusi həssaslıqla yanaşdığına görə, “Azərişıq” rəhbərliyinə təşəkkürünü bildirib.

Azərbaycanın AQEM-ə sədrliyi beynəlxalq etimadın bariz nümunəsidir
Azərbaycanın AQEM-ə sədrliyi beynəlxalq etimadın bariz nümunəsidir
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
Azərbaycan Mətbuat Şurasından xəbərdarlıq!
Azərbaycan Mətbuat Şurasından xəbərdarlıq!
Makron üçün gerisayım başladı: Fransada sərt siyasi mübarizə yaxınlaşır
Makron üçün gerisayım başladı: Fransada sərt siyasi mübarizə yaxınlaşır
Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırıldı
Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırıldı
Rusiya ordusunda yeni bölmələr yaradılacaq: 2019-cu ildən bəri sınaqdan keçirilir
Rusiya ordusunda yeni bölmələr yaradılacaq: 2019-cu ildən bəri sınaqdan keçirilir
Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
Ölkənin dağılmasına imkan verməyəcəm - Tramp nədən narahatdır?
Ölkənin dağılmasına imkan verməyəcəm - Tramp nədən narahatdır?